Syomin: "Artıq “Qəbələ”nin oyun problemini öyrənmişəm" Müsahibə
"Qəbələ” klubunun baş məşqçisi Yuri Syomin Rusiyanın “Sport-eskpress” qəzetinə müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
- Siz
xaricdə çox çalışmış nadir rusiyalı məşqçilərdənsiniz. Əcnəbi ölkədə işləmək
üçün əsasən nəyə fikir verməlisən?
- İlk növbədə
gəldiyin ölkənin insanlarının mentalitetinə bələd olmalısan. Öz qaydalarınla
başqa kilsəyə girməyin mənası yoxdur. Məşqçi özü olaraq qalmalıdır, amma
bununla yanaşı, yerli qaydaları da nəzərə almalıdır.
- Çalışdığınız
“Qəbələ” klubunda İslam dininə səcdə edən çoxlu futbolçu var. Dediyiniz həmin
qaydalar elə bununla bağlıdır?
– Bəli. Sizə bir
misal çəkim. Ramazan bayramı günlərində müsəlmanlar yeməyi axşam saat doqquzdan
sonra yeyirlər. Ona görə də biz çox vaxt məşqə axşam səkkizin yarısında
çıxırdıq. Ümumiyyətlə, bu, çətin məqamdır. Avropa statistikası göstərir ki,
oruc tutan futbolçular arasında zədəyə meyllilər çox olur. Özü də söhbət ciddi
zədələrdən gedir.
– Amma sizin
əminliyiniz var ki, həmin futbolçular spirtli içki içmirlər.
– Bilirsiniz,
bizim vaxtımızda belə problem yoxdur. Bəlkə də əvvəllər bu hallar olub. Son
illər isə oyunçular arasında açıq alkoqolizm meyllərinə rast gəlməmişəm.
- “Qəbələ”yə
gəlişiniz necə oldu?
- Kiyev
“Dinamo”sundan ayrıldıqdan sonra uzunmüddətli fasilə götürdüm. Əvvəlcə hər şey
ürəyimcə idi: istədiyin vaxt yuxudan oyanırsan, heç nə etmirsən. Çox səyahət
etdim. İşlərimlə əlaqədar dostlarımla buna qədər stadionda izləmədiyim
matçlarda oldum. Məsələn, “Real” – “Barselona” oyununda. Amma getdikcə
istirahətdən bezirdim. Öz işim üçün darıxırdım. Belə bir vaxtda “Qəbələ”nin
prezidenti Tale Heydərov mənə zəng vurdu. Mənə əla şərait vəd etdi. Oğlumun
mənimlə birgə işləməsinə razılıq verdi. Mən də onun təklifinə “hə” dedim.
Halbuki Qətər və Birləşmiş Ərəb Əmirliklərində də işləmək imkanım var idi.
Keçmiş SSRİ ölkələrində çalışmaq məni həmişə cəlb edib.
- Bu
mövsüm qarşınıza hansı hədəflər qoyulub.
- Məqsəd
avrukoboklara düşməkdir. Bunun üçün ən azı üçüncü yeri tutmalıyıq.
- Siz
“Qəbələ”nin qəbul etməzdən əvvəl yəqin bu komandanın tarixini öyrənmişdiniz.
Ötənlərin məşhur ingilis müdafiəçisi Toni Adams “Qəbələ”ni çalışdırsa da,
yalnız altıncı yeri tutmuşdu. Sizin üçün perspektivi olmayacaq işi qəbul etmək
həyacanı var idi?
- Yox. Məsələ
bundadır ki, komandada köklü dəyişiklik lazım idi. Mən isə bunu həyata
keçirdim. Mənimlə doqquz yeni futbolçu gəldi ki, onlardan da yeddisi əsas
heyətdə oynayır. Bundan başqa, artıq “Qəbələ”nin oyun problemini öyrənmişəm. Əminəm
ki, bunu həll edib mükafat uğrunda mübarizə aparacağıq.
Yeri gəlmişkən, burada ciddi çempionat var. Hazırda lider “Neftçi”dir (müsahibə
qəzetin bugünkü sayında dərc olunsa da, ehtimal etmək olar ki, Syominlə söhbət
“Neftçi” Premyer Liqada lider olduğu vaxtda aparılıb – red.). Amma başqa güclü
komandalar da var. Məsələn, “Qarabağ”. Azərbaycan çempionatı inkişaf edir. Vaxt
gələcək, burada işləmək üçün məşqçilər növbəyə duracaq.
–
Azərbaycan Premyer Liqası ilə Rusiya çempionatını müqayisə etmək olar?
– Bu müqayisə
mənasız olar. Mənim fikrimcə, Rusiya çempionatı Avropadakı beş ən güclü
çempionatdan biridir. Azərbaycanda dörd komanda var ki, onlar Rusiyada 10-11-ci
yerlər uğrunda yarışa bilər: “Xəzər Lənkəran”, “Neftçi”, “Qarabağ” və “Qəbələ”.
– Tale Heydərov haqda nə deyə bilərsiniz?
– O, futbolu
çox sevir. İngiltərə Premyer Liqasını yaxşı bilir və istəyir ki, Azərbaycanda
da futbol Britaniya standartlarına uyğun inkişaf etsin. Qəbələ kiçik şəhərdir.
Amma baxın görün, uşaqlar burada futbola getməkdən, akademiyanın meydançasında
futbolla məşğul olmaqdan necə sevinirlər. Keyfiyyətli futbolçu yetişdirmək asan
deyil. Amma əgər yaxşı şərait və məçqçi olsa, bunu etmək mümkündür. Bundan
başqa, Azərbaycanda maraqlı limit var: meydandan hökmən 19 yaşlı (əslində 21
yaşadək – red.) bir yerli futbolçu olmalıdır. “Qəbələ”ni sifariş ərizəsində isə
17 yaşlı futbolçu var. O, akademiyamızın yetirməsidir. Biz onu tədricən əsas
heyətə buraxırıq.
– Tale Heydərovla tez-tez danışırsınız?
– Az-az. Əsasən
vitse-prezidentlə (Fariz Nəcəfov nəzərdə tutulur – red.) ünsiyyətdə oluruq.
Heydərov çox məşğul olur. Amma bizim bütün oyunlarımıza baxır.
- Sizə
gözlədiyiniz bir sual verəcəyik. Hər halda “Qəbələ”yə getməyinizdə ən çox nə
rol oynadı? Səbəb puldadır, yoxsa?
– Mənim kredom
sadədir: məşqçi işləməlidir. O, ekstremal vəziyyətlərdə qərar qəbul
etməyi bacarmalıdır. Əgər uzun müddət işsiz qalsan, bu vacib amil də itə bilər.
“Qəbələ”yə gəlməyim geri doğru addım idimi? Bunu bizim nəticələr göstərəcək.
Amma mənim üçün geriyə addım ümumiyyətlə işləməməkdir. İş olmayanda istənilən
insanda deqredasiya ola bilər.
- Belə
kiçik şəhərdə böyük futbol klubu yaratmaq realdır?
- Məncə, hə.
“Qəbələ”nin artıq əla infrastrukturu var. Bu isə çox vacibdir. Bundan başqa,
tarixdə kiçik şəhəri təmsil edən komandaların çempion olduğu vaxtlar olub.
- Hazırkı “Qəbələ”ni siz kompekləşdirmisiniz?
– Hə. Əlbəttə
ki, Azərbaycan futbolundakı müəyyən adamlarla məsləhətləşdim, amma oyunçuların
əksəriyyətini komandaya özüm gətirdim. Özü də futbolçuların çoxu “Qəbələ”yə
pulsuz başa gəldi. Çünki onların klubları ilə müqavilə bitmişdi.
–
Komandanıza rusiyalı futbolçular dəvət etmək istədiniz?
– İstək var idi.
Amma başa düşmək lazımdır ki, keyfiyyətli futbolçu Rusiyada Azərbaycandakından
daha çox qazanır. Ona görə də rusları bura cəlb etmək çətindir.
– Dmitri
Sıçevi gətirmək fikrinə düşməmisiniz?
– Məncə, ona
əvvəlki səviyyəsinə qayıtmaq çətin olacaq. O, müəyyən müddət elitada oynaya
bilər.
– Bussuf
və Diarra haqda nə deyə bilərsiniz?
– Siz nə
danışırsınız? Bu, artıq başqa maliyyə səviyyəsidir. Ümumiyyətlə, siz deyin, 29
yaşlı futbolçuya (söhbət Bussufdan gedir – red.) 15 milyon avro verməyin mənası
varmı? Mən yaşı 30-a çatan oyunçuya bu qədər pul vermərəm. Məgər, o, mövsümdə
20 qol vurur?
– “Qəbələ”nin
bir neçə oyunçusu Azərbaycan millisinə cəlb olunub. Rusiyanın seçmə mərhələnin son oyununda
qarşılaşacağı Azərbaycan millisi haqda fikirləriniz necədir?
- Məncə, Rusiyanın bundan sonra qrupda oynayacağı rəqiblər arasında Azərbaycan ən çətinidir. Həm də seçmə mərhələdə hər şey baş verə bilər. Kim fikirləşərdi ki, Kapellonun komandası Şimali İrlandiyaya uduzacaq?
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |