"İşimiz meydançalarda bitmir"
“Qəbələ” Futbol Akademiyası bir neçə gün öncə
2013-2014 mövsümünə start verdi. Stadium.az xəbər verir ki, 9 yaş qrupu üzrə
komandalar artıq gündəlik məşqlərlə aşağı yaş qrupları üzrə çempionatlara
hazırlaşırlar. “Qəbələ” Futbol Akademiyasının direktoru kimi ilk futbol ilinə
başlayan Stenli Brardla söhbət zamanı bir sıra maraqlı məqamlara aydınlıq gəldi.
Hollandiyalı mütəxəssis mövsümə əla start verdiklərini, hazırda komandaların
komplektləşdiyini söylədi: "Mövsümə əla start verdik. Hər şey
planlaşdırdığımız kimi davam edir. Artıq bütün komandalarımız bir neçə gündür
ki, məşqlərə başlayıb. Qruplarımız məşqlərə yeni başladığından onlar haqqında hələ
ki, ətraflı məlumata malik deyiləm. Komandalarımız komplektləşməkdədir.
Akademiyamızda yeni futbolçular və məşqçilər var. Sentyabr ayı ərzində başqa
yeni futbolçuların gəlişi də gözlənilir. Məşqçilərimiz səylə, ən əsası isə
birlikdə yardımlaşaraq çalışırlar. Öncə də dediyimiz kimi bu bizim əsas hədəflərimizdəndir”.
Brard hazırda havaların isti keçməsi ilə əlaqədar
olaraq məşqlərin səhər saatlarında keçirildiyini bildirdi. Akademiya direktoru
yeni dərs ilinin başlamasından sonra məşq qrafikinin dəyişəcəyini dedi: “Məşqlərimizi
səhər saatlarında keçirik. Hazırda futbolçularımız yay tətilindədirlər, yəni məktəbdən
azaddırlar və bu da bizə səhərlər hazırlıq keçməyə imkan verir. Səhər
saatlarında hava daha sərin olur, bu səbəbdən məşqlərimiz daha effektiv alınır.
Yeni dərs ilinin startına kimi bu qrafiklə davam edəcəyik. Məktəblərin
açılışından sonra isə qrafikimizi dəyişəcəyik. Məşqlərimizi əsas bazamızdakı
meydançalarda və Böyük Əmili qəsəbə stadionunda keçiririk”.
Brard işlərinin
meydançalarda bitmədiyini, bütün akademiya heyəti üçün tez-tez müxtəlif
səpkili toplantıların keçirildiyini bildirdi: “İşimiz təkcə meydançalarda məşqlər
keçməklə bitmir. Futbolçu və məşqçi heyəti üçün müxtəlif mövzulu toplantılar təşkil
edirik. Toplantılarda intizam qaydaları, psixoloji hazırlıq və infrastrukturdan
düzgün istifadə barədə söhbətlər aparırıq”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |