Toşak Kasilyas və Beyldən danışdı
Son vaxtlar dünya futbol ictimaiyyətinin diqqət mərkəzində olan 2 ulduz “Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşakın kəşfləridi. Stadium.az xəbər verir ki, İspaniya “Real”ından ayrılması gündəmdə olan əfsanəvi qapıçı İker Kasilyas və kluba 100 milyon avroya keçdiyi iddia edilən Qaret Beylin üzə çıxmasında uelsli mütəxəssisin böyük xidmətləri var. Belə ki, 1999-cu ildə 18 yaşında “Real”ın əsas heyətində debüt edən İkeri həmin vaxt meydana məhz Toşak buraxmışdı. Bu səbəbdən ispaniyalı həmkarlarımız Kasilyası Madrid təmsilçisinə qazandıran mütəxəssisdən onun gedişinə münasibət öyrənib: “Kasilyası 18 yaşından tanıyıram. Bu qapıçının karyerası ərzində əldə etdikləri adi şey deyil. Mourinyo və Ançelotti kimi məşqçilər də onun uğurlarına kölgə sala bilməz. Kasilyası itirməklə, “Real” Ançelottidən daha dəyərli şeyi əldən verəcək. Düzdür, İkerin başqa kluba keçmək istəyini də başa düşürəm. Elə oyunçular var ki, karyerasını bitirməzdən əvvəl özü üçün yeni olan bir şeyi sınamaq istəyir. Raul və Quti də belə etmişdi”. 2006-cı ildə ilk dəfə Uels yığmasına çağırılan Beylə də həmin vaxt məhz Toşak dəvət yollamışdı. Bu oyunçunun da parlaması mütəxəssisin gözü qabağında olub: “Yaxşı yadımdadır, Braziliyaya 0:2 hesabı ilə məğlub olduğumuz matç Beylin karyerasında dönüş nöqtəsi oldu. Həmin matçı “Tottenhem”in seleksiyaçıları izləyirdi. Bu matçda Qareti bəyənən ingilislər sonradan onu transfer etməyə qərar verdilər. Gənc futbolçu da bundan sonra parladı”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |