10 futbolçu "Qəbələ"dən ayrılır
"Qəbələ"nin 10 futbolçusu yığma komandalara dəvət alıb. Stadium.az xəbər verir ki, Azərbaycanın U-19 millisi 5, U-21 millisi 2, əsas yığma komandası isə 1 futbolçuya dəvət göndərib. Sloveniya və Qvineya yığmaları hərəyə "Qəbələ"nin 1 oyunçusunu heyətinə çağırıb.
Azərbaycanın
U-19 millisinin sentyabrın 2-dən 5-dək Bakıda, 5-dən 11-dək isə Rusiyanın
Novorossiysk şəhərində baş tutacaq təlim-məşq toplanışında "Qəbələ"ni
Sadiq Quliyev, Elvin Camalov, Elnur Mustafazadə, Şirməhəmməd Məmmədov və Şamil
Camaləddinov təmsil edəcək.
Azərbaycanın
21 yaşadək futbolçulardan ibarət komandasının Avropa çempionatının seçmə mərhələsi
çərçivəsində sentyabrın 8-də İsrailə qarşı səfər oyununda Ürfan Abbasov və Amit
Quluzadə forma geymək şansı qazanıb.
Volodimir
Levin isə Azərbaycanın əsas yığmasına dəvət
alıb. Müdafiəçi dünya çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 7-də
Ramat Gan şəhərində baş tutacaq İsrail-Azərbaycan matçına hazırlıq məqsədilə təşkil
olunan təlim-məşq toplanışına çağırılıb. Xatırladak ki, millimiz sentyabrın 1-dən
3-dək Bakıda, sentyabrın 4-dən etibarən isə Ramat Gan şəhərində təlim-məşq
toplanışında olacaq.
Daha iki
futbolçu - Deyan Kelhar (Sloveniya) və Omar Kalabane (Qvineya) milli
komandalarının heyətinə dəvət alıb. Kelhar dünya çempionatının seçmə mərhələsi
çərçivəsində keçiriləcək Sloveniya-Albaniya (6 sentyabr) və Kipr-Sloveniya (10
sentyabr) matçlarında yer ala bilər. Qvineya yığmasının kapitanı statusunu
daşıyan Kalabane dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək
Misir-Qvineya görüşündə meydançaya çıxmaq şansı qazanıb.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |