Vaqif Sadıqov: “Etiraf edim ki, birinci olsaq da, AZAL liderliyə layiq oyun sərgiləmir” Müsahibə
Yeni formatlı çempionatın artıq 5 turu geridə qalıb. Əgər birincilik başlamamışdan əvvəl desəydilər, AZAL lider olacaq, bəlkə də heç kim inanmayacaqdı. Çünki, keçən mövsümlə müqayiəsədə komanda xeyli sayda əsas oyunçusunu itirmiş, klubun büdcəsi azaldılmış, heç istənilən səviyyədə təlim-məşq toplanışı da keçə bilməmişdilər. Amma nə qədər gözlənilməz olsa da, bu baş verdi. Bəs, görəsən növbəti turlarda AZAL-dan hansı nəticəni gözləmək olar? Komanda çempionatın sonuna kimi liderliyini qoruya biləcəkmi? Və ya komandanın hazırki durumu baş məşqçi Vaqif Sadıqovu qane edirmi? Bu və digər suallarla Vaqif müəllimə müraciət etdik:
- Vaqif müəllim, çempionat
başlamamışdan verdiyiniz müsahibədə demişdiniz ki, AZAL-ın “uçması” yox
yeriməsi kifayətdi. Amma 5 turdan sonra məlum oldu ki, AZAL həqiqətən “uçur”.
Liderliyi gözləyirdiniz?
- İnanmasaydım bu işə başlamazdım. Bilirsiniz ki, ötən illə
müqayisədə heyətimizdə kifayət qədər ciddi itkilər oldu, büdcəmiz azaldı. Demək
olar ki, yenidən komanda formalaşdırmalı idik. Şadam ki, bunu bacara bildik.
Çempionatdakı çıxışlarımıza gəlincə, hər oyuna qələbə üçün çıxmışdıq.
Bəzilərinə təəccüblü gələ bilər ki, necə olur ki, heç ölkə xaricində təlim-məşq
toplanışı keçə bilməyən komanda 5 turdan sonra liderdi. Amma bu, bizim
kollektiv əməyimizin nəticəsidi. İlk turda “Neftçi” ilə fərqli oyun srəgiləməyə
çalışdıq, açıq futbol oynadıq. Təəssüf ki, alınmadı, qapımızda 4 top gördük.
Növbəti oyunlarda taktikanı dəyişməklə uğur qazana bildik. Əsas silahımız 90
dəqiqə boyunca rəqibə öz oyununu sərgiləməməyə imkan verməmək və erkən qol
vurmaqdı. Bu da öz bəhrəsini verməyə başladı. Etiraf edim ki, birinci olsaq da,
AZAL liderliyə layiq oyun sərgiləmir. Sırf nəticəyə yönələn, müdafiəyəmeylli
oyun nümayiş etdiririk. Ümumiyyətlə, sonrakı turlarda liderliyi qormaq üçün
nizam-intizamla yanaşı, mütləq səviyyə lazımdı. Səviyyə baxımından isə
futbolçularımız axsayır. Əsas problemimiz məhz budur ki, onu da çempionatın
gedişində həll etməyə çalışacağıq.
- AZAL ötən mövsüm daha
məzmunlu oyun nümayiş etdirirdi. Əsasən də, 2-ci “altılıq”da. Necə
düşünürsünüz, darıxdırıcı oyun
göstərməklə komanda liderlər qrupundakı mövqeyini sona kimi saxlamaq
iqtidarındadırmı?
- Yox, məzmunlu oyunu elə “altılıq”dan əvvələ də aid etmək olar.
Sadəcə, ilk “altılığ”a düşmək üçün bir qədər bəxtimiz gətirmədi. Vacib xallar
itirdik. Amma sonradan bu əskikliyi aradan qaldırmaqla son oyunlarda istənilən
nəticəni qazana bildik. Bu il isə, məqsədimiz oyunun əvvəlində qol vurmaqla
nəticəni qorumaqdı. Əgər oyunun sonunda bizə qol vurmaq lazım olsa, onda
deyərdim ki, problemlə üzləşəcəyik. Əlimizdə olan imkanlardan maksimum
yararlanmağa çalışırıq. Çempionat uzun bir marafondu, hələ təzə başlayıb. Çatışmazlıqlardan
xali deyilik. Bir neçə səviyyəli futbolçuya ehtiyacımız var. Amma çempionatın
gedişində bu çatışmazlığı aradan qaldırmaq mümkün olmadığından, qışı
gözləməliyik. Fasiləyə qədər əlimizdə olan qüvvə ilə mübarizə aparmağa
məcburuq. Təbii ki, əsas məqsədimiz də elə həmin vaxta kimi yerimizi qorumaqdı.
Allahın köməyi ilə bunu bacararıq.
- Fasiləyə qədər liderlər
qrupunda qala bilsəniz, klub rəhbərliyi yayda azaldılan büdcəni yenidən artıra
bilərmi?
- Onların yerinə cavab verə bilmərəm. Fikrimcə, əgər qışa kimi ən
azından liderlər qrupundakı mövqeyimizi qoruya bilsək, komandanın
gücləndirilməsi üçün əlavə köməklik ola bilər. Çünki, azından avrokuboklara
vəsiqə əldə edə bilərik. Təbii ki, bu halda büdcə artmalıdı, komandaya
səviyyəli futbolçular cəlb olunmalıdı. Bu da həm bizim, həm də klub
rəhbərliyinin marağındadı.
- Amma ola bilər ki, yayda
olduğu kimi, komandanın liderlərini transferə çıxarsın. Məsələn, elə komandanın
“qol ümidi” Viktor İqbekoyini və ya Branislav Arsenyeviçi götürək.
- Yox, belə bir fikrimiz yoxdu. Özləri istəsələr belə, çempionatın
sonunu gözləməli olacaqlar. AZAL-ın qarşıya qoyduğu məqsədləri var və onlara
çatmaq üçün bu futbolçuların heyətdə qalması vacibdi.
- “Qəbələ” ilə oyuna
komanda necə hazırlaşır?
- “Qarabağ ilə oyundan sonra futbolçuları 3 günlük istirahətə
yolladıq. Bundan sonra məşqlərdə əsasən fiziki hazırlıqlara üstünlük verdik.
Sabah ikitərəfli yoxlama oyunundan sonra, ayın 11-dən etibarən rəqibin oyununu
təhlil etməklə “Qəbələ” ilə qarşılaşmaya
hazırlıqlar başlayacaq. Hazırda bizi narahat edən məqam zədəli oyunçularla
bağlıdı. Demək olar ki, hər turdan sonra 1 və ya 2 oyunçumuz zədələnir. Bu da
bizə əməlli-başlı problem yaradır. Əgər “Qarabağ”la oyuna kimi Yuri Fomenko,
Orxan Həsənov, Cavid Tağıyev və digərləri zədəli idilərsə, son oyunda onlara
Branislav Arsenyeviç də qoşuldu. Hazırda sonuncu komanda ilə birgə məşq eləmir.
Arsenyeviçin “Qəbələ” ilə oyunda iştirakı matçdan əvvəl məlum olacaq. Amma
bütün bunlara baxmayaraq, AZAL meydanda tam bir komanda şəklində futbol sərgiləyir,
zədəliləri əvəzləyəcək futbolçularımız var. Bir sözlə “Qəbələ” ilə oyuna var
gücümüzlə hazırlaşacağıq.
- AZAL lider olsa da,
millinin düşərgəsinə bir futbolçusu belə dəvət almayıb. Fikrinizcə,
komandanızda oynayan yerlilərdən hansılar yığmanın heyətində İsrailə qarşı
çıxış etməyə layiq idilər?
- AZAL-da çıxış edən hər bir futbolçu yığmaya layiqdi. Potensial
qüvvə kimi onların hamısının adını çəkə bilərəm. İstər Ruslan Tağızadə, istər
Cavid Tağıyev, istərsə də digərləri yığmamızın heyətində oynamağa qadirdilər.
Aleksandr Şemonayevi misal çəkə bilərəm. Millidə hazırda sol cinahda problemlər
var. Saşa son turlar göstərdiyi oyunla sübut edir ki, bu çatışmazlığı aradan
qaldıra bilər. Demirəm ki, bu futbolçular millidə yer alsalar komanda mütləq
qələbə qazanacaq. Amma potensial namizədlər kimi onları göstərə bilərəm.
- Vaqif müəllim, mətbuatda
belə bir xəbər yer alıb ki, yay hazırlıqları dövründə hansısa 17 yaşlı
futbolçunun AZAL-da oynaması üçün ondan min manat pul tələb ediblər...
- Vallah bilmirəm ki, belə xəbərlər haradan qaynaqlanır. Özüm
haqqında onu deyə bilərəm ki, çempionata hazırlıq dövründə əsas komandada 17
yaşlı futbolçunu baxışdan keçirməmişəm. Ümumiyyətlə, bu yaşda futbolçuya
ehtiyacım yoxdu. Mənə yaxşı hazırlıq görmüş, təcrübəli futbolçu lazımdı.
Gənclərə gəlincə, deyə bilərəm ki, onlardan bir neçəsi artıq icarə əsasında
birinci dəstədə çıxış edəcək “Araz”da oynayacaq. Həmin uşaqlar bizim ehtiyat
qüvvəmizdi, gələcəkdə onlardan istifadə etmək fikrindəyik. Bu məqsədlə də digər
komandalara icarəyə veririk ki, AZAL-a qayıdanda oyun təcrübəsi baxımından
axsamasınlar. 17 yaşlı futbolçunu birdən-birə əsas komandaya götürmək... Bu,
nağıldı. Digər komandalara - əvəzedicilərə, aşağı yaş qruplarına gəldikdə isə
belə bir halın baş verməsinə inanmıram. Əgər baş veribsə, heç olmasa həmin
futbolçunun, ya da məşqçinin adını açıqlasınlar. Deyə bilməzlər axı. Çünki,
belə bir şey olmayıb. Əminliklə söyləyə bilərəm ki, AZAL-da heç bir məşqçi bu
addımı atmaz. AZAL özü də bu tip komanda deyil. Mən olan yerdə heç vaxt belə
neqativ hallar baş verə bilməz. Buna imkan vermərəm. Ümumiyyətlə, nəinki,
AZAL-da, digər komandalarda da bu cür addım atanları futbodan birdəfəlik silmək
lazımdı. Uğur olan yerdə şayiələr, söh-söhbətlər də olur. Yəqin ki, bu xəbəri
uyduranlar uğurumuzu istəməyənlərin işidi. Belələrinin bir adı var - bədbəxt.
Vaqif müəllimlə müsahibənin
sonunda İsrailə qarşı oyunu ilə bağlı fikirlərini də öyrəndik:
- Maraqlı oyun alındı. Millimiz gözəl futbol nümayiş etdirdi.
Xüsusilə 2-ci hissədə. Baxımlı da qol vurduq. Təəssüf ki, qələbə hesabını sona
qoruya bilmədik. İsrail kimi yığma ilə səfərdə qazanılan 1 xal qarşıdakı
oyunlara nikbin baxmağa ümid verir. Mənə ən xoş gələn isə oyunun artırılma
dəqiqələrində komandamızın müdafiədə deyil, hücumda olması idi. Bu da
inkişafdan xəbər verir.
Söhbətləşdi: İlqar TAĞIYEV, “Het-trik news”
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |