"Xəzər Lənkəran"ın üzvü: "Pula görə savaşmayacağam" Müsahibə
"Xəzər Lənkəran”ın futbolçusu Edu Oriol İspaniya mətbuatın müsahibə verib. 27 yaşlı hücumameylli yarımmüdafiəçi “Saraqosa”dan ayrılmasından və ölkəmizə gəlişindən danışıb.
- Bu yay “Saraqosa”nı xeyli futbolçu tərk etdi. Siz
də onlardan birisiniz. Buna nə səbəb oldu?
- Ay
yarımdan çoxdur oranı tərk etmişəm. Baş verənləri unutmaq istəyirəm. Sanki məndən
də, digərlərindən də zəhlələri gedirdi. Kluba hər gələn öz ideyalarını
sırıyırdı, biz isə bu ideyalara uyğun gəlmirdik.
- Niyə belə idi, nə baş vermişdi?
- Bilmirəm.
Onu bilirəm ki, klubdan narazılıqla ayrıldım. Çünki belə münasibətə layiq
deyildim. Mənə şans verməli idilər. Lakin bunu etmədilər. Baxmayaraq ki, mən
faciəvi dərəcədə zəif deyildim.
- Belə münasibətdən sonra müqaviləni sülhlə
pozdunuz?
- Hə.
Bir-birimizin əlini sıxıb ayrıldıq. Belə addım hər iki tərəf üçün faydalı idi.
- Lakin bəzi komanda yoldaşların məhkəmələrə,
federasiyaya, hətta FİFA-ya qədər gedib müqaviləsinə erkən bitməsi üçün
kompensasiya tələb edir...
- Mənim
işim futbol oynamaqdı. Başqa məkanlarda “döyüşməyi” xoşlamıram. Bu üzdən pula
görə savaşmayacağam.
- İndi İspaniyadan uzaqdasınız. “Saraqosa” kənardan
necə görünür?
-
Komandanın hər matçını internetdən izləyirəm. Mən elə belə də start gözləyirdim.
- Sizcə “Saraqosa” Primeroya qayıtmağa namizəd
sayılmalıdır?
- Əlbəttə ki, oyunçuların səviyyəsinə görə namizəddir. Ənənələrinə görə
isə daha çox layiqdir.
- Nəticədə Azərbaycana getdiniz. Toni Doblasın
ayrıldığı “Xəzər Lənkəran”a...
- Doblas
komandada qalmayıb. Amma başqa ispaniyalı – Alvaro Silva var. Onun bu klubdan
heç bir şikayəti yoxdur.
- Bəs uzaq ölkəyə getməyinizin səbəbi nə idi?
- Bura gəlməyə
qərar verməyim maliyyə məsələsi idi. İspaniyada mənim səviyyəmdə futbolçuya istədiyim
pulu verməzlər. Mən cəmi 2 illik gəlmişəm.
- Oradakı şəraitdən razısınızmı?
- Burada hələlik hər şey ən yüksək səviyyədə, 10 ballıq şkala ilə “10”a layiqdir. Klub rəhbərliyindən çox razıyam. Söz verdikləri bütün şərtlərə əməl edirlər.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |