Məmmədov 8-ci kapitan oldu, "Qarabağ" və "Qəbələ" ilə oyunlardan danışdı
"Rəvan” Premyer Liqanın 6-cı
turunda "Qarabağ” ilə üz-üzə gəldi. "Bayıl” stadionunda keçirilən
qarşılaşmada komandamız qələbəni son anda əldən verdi. Stadium.az klubun
saytına istinadən xəbər verir ki, 1:1 hesablı bərabərliklə başa çatan oyunda
diqqətçəkən məqamlardan biri də Novruz Məmmədovun kapitan sarğısını qoluna
keçirməsi oldu.
23 yaşlı müdafiəçi Ramazan Abbasov
və Rəşad Abdullayevin yoxluğunda sarğını qoluna taxmışdı. Belədə Məmmədov cari
mövsüm komandanı kapitan kimi meydana çıxaran 3-cü futbolçu oldu. Daha öncə
məhz Abbasovla (3 oyun) Abdullayev (2 oyun) fərqlənmişdi.
Ümumilikdə isə Novruz Premyer
Liqada "Rəvan”ı kapitan kimi meydana çıxaran 8-ci futbolçu oldu. Elitada
70 oyun keçirmiş komandada buna qədər Miloş Zeçeviç (49 oyun), Tural Axundov
(10), Ramazan Abbasov (4), Əkrəm Hodziç, Rəşad Abdullayev (hər ikisi 2), Davud
Kərimi və Nodar Məmmədov (hər ikisi 1) oyuna "sarğı” ilə başlamışdı.
Premyer Liqada ilk dəfə kapitan
olmaq şərəfinə layiq görülmüş Novruz Məmmədov məsələ ilə bağlı klubun rəsmi
saytına danışıb. Buna qədər "Muğan” I divizionda oynayarkən kapitan olmuş
"21” nömrə bunları deyib: "Mənim üçün də bir qədər gözlənilməz oldu.
Yəqin məşqçilər vaxtilə bu komandada oynamağımı nəzərə alıb "sarğı”nı mənə
etibar etdilər. Ramazan Abbasov və Rəşad Abdullayev oynamırdı deyə, mən
seçildim. Bizim əsas kapitanımız bəllidir - Ramazan Abbasov. Sadəcə, o və
vitse-kapitan meydanda olmadığından bu məsuliyyətli iş mənə həvalə olundu.
Əlbəttə, kapitanlıq sarğısı məsuliyyəti və təqyiqi artırır. Amma çalışdım ki,
bunun mənə təsir etməsinə imkan verməyəm. Sadəcə, öz oyunumu oynayırdım. Onsuz
da hər oyuna məsuliyyətlə yanaşmaq borcumuzdur. Bütün komanda işə məsuliyyətlə
yanaşır”.
Məmmədov "Qarabağ”la oyunla
bağlı fikirlərini də bölüşüb: "Çətin oyun olacağını bilirdik. Axı
"Qarabağ” kimi güclü komandaya qarşı mübarizə aparırdıq. Əlimizdən gələni
etdik. Son dəqiqələrdə qol buraxmağımız isə çox üzücü oldu. Bu məqama əsasən 2
xal itirdiyimizi söyləyə bilərəm. Amma ümumən oyuna görə qənaətbəxş nəticə əldə
etdik. Sadəcə, 1:0 olsaydı, lap əla olardı”.
Sonda Novruz "Qəbələ” ilə
qarşıdan gələn matçla bağlı danışıb: "Məncə, "Rəvan” artıq özünə
gəlib. Biz hər keçən oyunda daha yaxşı oynayırıq. Bu ənənəni Qəbələdə də davam
etdirmək niyyətindəyik. İndi çempionatda hər oyun çətin olur. Son 2 oyundakı
kimi mübarizə aparmalıyıq. Hər halda, mütləq meydanda sona qədər döyüşmək
lazımdır. Ümidvaram ki, Bakıya sərfəli nəticə ilə dönəcəyik”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |