Vüqar Nadirov: "Avroliqa ilə çempionat matçlarını müqayisə etmək düzgün deyil" Müsahibə
"Qarabağ"ın aparıcı üzvü Vüqar Nadirov Stadium.az-a müsahibə verib.
- İlk olaraq, son turda "Neftçi"yə qarşı
keçirdiyiniz oyun haqda fikirlərini bilmək istərdik.
- Bərabər
səviyyəli oyun getdi. Həm bizim, həm də rəqibin fərqlənmək üçün şansı oldu.
Onlar ilk, biz isə ikinci hissədə fərqlənə bilərdik. Lakin heç bir şansdan
istifadə edə bilmədik və oyun qolsuz yekunlaşdı. Elə bir oyun idi ki kim hesabı
açsaydı, o da qalib gələcəkdi.
- "Qarabağ" 2 turdu qol vura bilmir və 3
oyundur qələbə qazanmır. Nə baş verir komanda?
- Komandadan
heç nə baş vermir. Bunun heç bir səbəbi yoxdur. Ortada ciddi problem görmürəm.
Futbolda belə şeylər olur.
- Baş məşqçi Qurban Qurbanov psixoloji gərginlikdən
gileylənir...
- Qurban
müəllim belə deyirsə, deməli düz deyir. Həqiqətən də psixoloji yorğunluq var.
Avroliqa oyunlarından sonra bu mümkündür.
- Bəs, fikizi baxımdan hansısa problem var?
- Yox,
fiziki baxımdan hər şey qaydasındadır. Özümüzü yaxşı hiss edirik.
- Avroliqada
"Qarabağ" əla çıxışla yadda qaldı. Bundan sonra hər kəs komandanın rahat
şəkildə çempion olacağını proqnozlaşdırırdı. Çempionata da yaxşı başladınız. Amma
nədənsə sonradan problem ortaya çıxdı. Bunun səbəbini nədə görürsən?
- Yenə
deyirəm, komandada heç bir problem yoxdu. Biz ikinci yerdəyik. Liderdən də cəmi
1 xal geri qalırıq. Yəni, narahatçılıq üçün ciddi əsas yoxdur. Çempionat uzun
marafondu və hələ qarşıda xeyli oyun var. İnanıram ki, tezliklə komanda özünə gələcək
və qələbələri sıralayacaq.
- Bəlkə çempionat oyunlarına Avroliqa matçlarında olduğu
kimi köklənə bilmirsiz?
- Əlbəttə,
Avroliqa ilə çempionat matçları arasında fərq çoxdu. Bunları müqayisə etmək
düzgün deyil. Tam fərqli atmosferdi.
- Növbəti turda "Bakı" ilə
qarşılaşacaqsınız. Bu oyun haqda nə deyə bilərsən?
-
"Bakı" yaxşı komandadır. Buna baxmayaraq, biz meydana ancaq qələbə
üçün çıxacağıq. İnanıram ki, istəyimizə də çatacağıq.
- Cari mövsümdə "Bakı"nın oyununu izləmisən?
- Əlbəttə,
izləmişəm.
- Ötənilki ilə indiki komanda arasında fərq çoxdur?
- İndiki
"Bakı" çox gücülüdür. Komandanın heyəti xeyli dəyişib. Əfran, Rauf,
Cavid kimi yerli uşaqların gəlişi ilə "Bakı" çox dəyişib. Onların gəlişindən
dərhal sonra "Bakı" tam fərqli oyun sərgiləyir. Odur ki, bizi qarşıda
çox çətin oyun gözləyir.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |