İlham Əliyev İslam Həmrəyliyi Oyunlarında qalib gəlmiş idmançılarla görüşüb
Prezident İlham Əliyev İndoneziyanın Palembanq şəhərində keçirilən III İslam Həmrəyliyi Oyunlarında qalib gəlmiş Azərbaycan idmançıları, onların məşqçiləri və idman mütəxəssisləri ilə görüşüb.
APA-nın məlumatına görə, idmançıları qazanılmış qələbələr münasibətilə təbrik edən prezident bildirib ki, Azərbaycan üçün uğurlu olan bu oyunlarda idmançılarımız ümumilikdə 24 medal qazanıblar ki, onlardan da 6-sı qızıldır: “Bu qələbə onu göstərir ki, Azərbaycan idman dövlətidir. Ölkəmizdəki idman qurumlarının hamısı bir məqsədə xidmət edir ki, Azərbaycanın uğurları daha da artsın”.
Prezident İ. Əliyev Azərbaycanın dünyada İslam həmrəyliyinin daha da gücləndirilməsi işinə töhfə verdiyini, bu sahədə öz səylərini gücləndirdiyini bildirib.
Dövlət başçısı qeyd edib ki, 2009-cu ildə Bakı “İslam mədəniyyətinin paytaxtı” olub, 2018-ci ildə isə Naxçıvan bu missiyanı yerinə yetirəcək. İslam Həmrəyliyi Oyunlarında qazanılan qələbələrin təsadüfi xarakter daşımadığını deyən prezident keçənilki London Olimpiya Oyunlarında 10, bu il Kazanda keçirilən universiadada isə 16 medal qazanıldığını bildirib.
Dövlət başçısı vurğulayıb ki, bu qələbələrin təməlində düşünülmüş siyasət dayanır: “Təsadüfi deyil ki, idmançılar üçün yaradılan şərait daha da yaxşılaşır və bu gün Azərbaycanda 40 Olimpiya mərkəzi fəaliyyət göstərir, bununla da idmanın kütləviliyi təmin olunur”.
Ölkədə mötəbər beynəlxalq yarışların keçirilməsinin ənənəyə çevrildiyini deyən prezident qeyd edib ki, 2015-ci ildə ilk Avropa Oyunları Bakıda keçiriləcək və hazırlıq işləri ən yüksək səviyyədə aparılır. 2017-ci ildə isə Bakı növbəti İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək.
Prezident İ. Əliyev dövlətin idmançılara olan dəstəyinin bundan sonra da davam etdiriləcəyini vurğulayıb və əmin olduğunu bildirib ki, idmançıları qələbələrə aparan məhz Vətən sevgisidir.
Daha sonra Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edərək Oyunların keçirildiyi Palembanq şəhərində “Bakı 2017” Təşkilat Komitəsi tərəfindən IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakıda keçirilməsinə həsr olunan “Azərbaycan günü”nün yüksək səviyyədə təşkil edildiyini bildirib.
Görüşə yekun vuran prezident İ. Əliyev qeyd edib ki, hər bir idmançının qazandığı qələbə gənc nəsil arasında nümunəyə çevrilir, onları idmanla məşğul olmağa həvəsləndirir. “Heç bir dövrdə Azərbaycan idmanı indiki qədər güclü olmayıb”, - deyən dövlət başçısı müstəqillik illərində ölkəmizin bir çox uğurlara imza atdığını, Olimpiya sıralamasında Azərbaycanın 200 ölkə arasında 30-cu yerdə qərarlaşdığını bildirib, ölkəni tanıtmaq üçün idman və mədəniyyətin güclü vasitə kimi çıxış etdiyini söyləyib.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |