“Millinizə Qurban Qurbanov və ya Böyükağa Hacıyev gətirilsə, daha yaxşı olardı” Müsahibə
Həftənin əvvəlində vaxtilə “Turan”ın baş məşqçisi olmuş türkiyəli mətəxəssis Naci Şensoy Albaniyanın “Kukesi” klubu ilə 1 illik müqavilə bağladı. Bir neçə ay öncə qəzetimizə verdiyi açıqlamasında Naci bəy Azərbaycan klublarından birinə keçmə ehtimalının olduğunu demişdi. Digər yandan inandırıcı olmasa da, bəzi dairələrdə Berti Foqtsun boşalacaq kreslosuna onun da namizədliyinin göstərilirdi. Şensoyun “Kukesi”yə keçidi, Azərbaycan klublarından ehtimal olunan təkliflərin niyə baş tutmaması və digər məsələlərə münasibət öyrənmək üçün onunla əlaqə saxladıq:
- Hələ “Bilis”də olarkən, “Kukesi”ni 3:0 hesabı ilə məğlub etmişdik. Oyundan sonra “Kukesi”nin prezidentindən təklif gəlmişdi. Mövsüm başa çatdıqdan sonra müqavilə bağlamalı idik, bəzi səbəblərə görə gecikdi. Qismət bu günə imiş.
-
Nəyə
görə 1 illik müqavilə? Belə çıxmırmı
ki, sizə o
qədər
də
etibar
etmirlər?
- Doğru buyurursunuz. İlk baxışdan bu, belə görünə bilər. Düzü,
mənə 3 illik müqavilə təklif olunmuşdu. Amma razı olmadım. Danışığımız belə oldu ki, əgər işimdən razı qalsalar, həmçinin mənə yaradılan şəraitdən qane olsam, müddət artırılacaq. Düşünürəm ki, mən tərəfdən heç bir problem olmayacaq. İndiyə kimi,
başında durduğum komandalarla bir çox uğurlar qazana bilmişəm. Bura 3 dəfə Azərbaycanda olduğum vaxt da aiddir. Albaniyaya gəlincə,
mənə yad ölkə deyil. Ötən mövsüm “Bilis” ilə kuboku qazandım. Yəni, alban futboluna yaxından bələdəm.
Məncə, “Kukesi”də
hələ çox qalacam.
-
Bəzi
dairələrdə
millimizin
baş
məşqçi
postuna
sizin
də
adınız
namizəd
kimi
göstərilirdi. “Kukesi”yə
getməklə
demək
olarmı
ki, bu ehtimalı
sıfıra
endirdiniz?
- Gəlin reallıqla barışaq. Mənim Azərbaycan milli komandasına gətirilmə ehtimalım çox az idi. Buna o qədər də ciddi önəm vermirdim. Amma məni namizəd kimi göstərənlərin hamısına minnətdaram. Əgər gələcəkdə belə bir hal baş verərsə, AFFA başbilənləri əvvəlcə
“Kukesi” rəhbərliyi ilə danışıqlar aparmalıdılar. Düşünürəm ki, bir ölkənin yığmasını çalışdırmaq üçün onlar mənə mane olmazlar.
Digər tərəfdən, indiki vəziyyətdə Azərbaycan yığmasını yerli baş məşqçi çalışdırsa, daha yaxşı olar. Millinizə Qurban Qurbanov və ya Böyükağa Hacıyev gətirilsə, daha yaxşı olardı. Yerli məşqçilər futbolçularla daha yaxşı ünsiyyət qura bilir, ölkənizin futbolunu daha yaxşı tanıyır. Berti Foqts neçə ildir ki, Azərbaycandadı. Gəldiyi gündən öz futbol fəlsəfəsini tətbiq etməli idi. Gördüyüm qədər,
o, bunu bacarmadı. Bəlkə də istəmədi. Yeni gətiriləcək əcnəbi məşqçidən də bunu gözləmək olar. Ona görə yerili mütəxəssis daha yaxşıdı.
-
Yığmadan
söz
düşmüşkən, Azərbaycan və Türkiyə
komandalarının
qarşıdakı
oyunlarından
nə
gözləyirsiniz? Türkiyə dünya çempionatına gedə biləcəkmi?
- Məncə, gedəcək. Fatih Terim əsl liderdir. Qarşısına qoyduğu məqsədə çatmaq gücündədi. Abdullah Avçıda isə bu keyfiyyətlər yox idi. Azərbaycan isə Şimali İrlandiyaya qalib gəlməlidi. Çünki, evdə oynayır. Həm də
komandanızda son vaxtlar az da olsa irəliləyişlər gözə çarpır. Rusiyailə oyuna gəlincə isə... Nəticəsi onların turnir cədvəlindəki vəziyyətlərindən çox asılı olacaq. Əgər ruslara 3 xal qazanmaq lazım olarsa, mütləq qalib gələcəklər.
- Sizcə bu mövsüm Premyer Liqa və Superliqada hansı komanda çempion olacaq?
- Azərbaycan çempionatını yaxından izləyirəm. “Neftçi” və
ya “Qarabağ”ın
çempion olacağına daha çox inanıram. Superliqada isə böyük ehtimalla yenə də “Qalatasaray”.
“Het-trik news” qəzeti
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |