"Bakı" növbəti dəfə "Qarabağ"a və hakimlərə "İLİŞDİ"
"Qarabağ" - "Bakı" oyunundan (3:0) sonra ikincilərin Media və marketinq direktoru Nəriman Mehdiyev hakimlərin Ağdam klubuna kömək etdiyini açıqlamışdı. "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov isə ona belə cavab vermişdi: " "Qarabağ" bu oyunda 6-7 top fərqi ilə qələbə qazanmalı idi. Bunu hamı gördü. Yan xətt hakimlərinin "Qarabağ"a işləməsi absurd məsələdi. Ola bilsin, Nəriman müəllim fikirlərini düzgün ifadə etməyib. Necə ola bilər ki, hakimlər "Qarabağ"a kömək edə bilər?".
İbrahimovun
bu fikri deyəsən Mehdiyevi yenidən hərəkətə keçirdib. Çünki Nəriman müəllim şəxsi
"facebbok" səhifəsində yenidən bu məsələylə bağlı fikirlərini yazıb.
Onu olduğu kimi təqdim edirik:" Əvvəlcə qeyd edim
ki, "Qarabağ" futbol klubu və personalına böyük hörmətim var. Bu klub
ölkəmizi dünyada layiqincə təmsil edir və inanıram ki, uğurların ardı gələcək.
Bu şərhlə Nurlanın
fikirlərinə cavab vermək niyyətində deyiləm, məncə, o Azərbaycan futbolunda
yerində olan nadir adamlardan biridir. Statusumda yazdığım kimi, Qarabağın qələbəsinə
şübhə etmirəm, oynadılar və qazandılar. Mənim diqqətimi çəkən hakim səhvləri
idi. Hakimlərin Qarabağa işlədiyini də iddia etmirəm, bu klub da bərbad
hakimlikdən az əziyyət çəkməyib.
Hərdən mənə elə gəlir ki, hakimlər sehirli
çubuqla idarə olunur. Diqqəti bu məqama yönəltmək istərdim. Qarabağ meydanda
güclü idi və qələbəsini də qazandı. Ofsayddan vurulan qol olsa idi də, olmasa
idi də... Bakı zəif oynadı, bunu Pantiç də təsdiq etdi.
Bir daha vurğulayıram ki, söhbət
hakim səhvindən deyil, hakimləri səhv etməyə vadar edən məqamlardan gedir. Hər
birinizə müvəffəqiyyətlər arzulayıram".
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |