"Mənimlə bağlı statistikanın bu cür davam etməsini istərdim"
"Qırmızı-qaralar"ın 2013-2014 mövsümünün startında rənglərinə bağladığı hücumçu Daniyel Subotiç Premyer Liqanın X turu çərçivəsində keçirilən "İnter" - "Qəbələ" matçında yeganə qola imza atmaqla komandasına qələbə qazandırdı. Stadium.az xəbər verir ki, bu, Subotiçin cari mövsümdə vurduğu 3-cü qol kimi yadda qaldı. Fərqləndiyi oyunlarda (AZAL-"Qəbələ" 1:2, "Qəbələ"-"Rəvan" 3:0) komandası qələbə qazanan forvardın bu statistikası son turda da davam etdi. Matçın ardından qarşılaşma barədə fikirlərini gabalafc.az-la bölüşən Subotiç uğurlu statistikanın davam etməsini istədiyini bildirdi: "İnter"ə qarşı yaxşı oynadığımızı düşünürəm. Bu bizim ən gözəl oyunlarımızdan biri idi. 3-cü qoluma imza atdım. Bu mənim üçün sevindirici haldır. Ən əsası odur ki, bu qol komandama qələbə qazandırdı. Düzünü desəm, qol statistikama diqqət yetirməmişdim. Artıq uğurlu statistikanı yadımda saxlayacağam və hər oyunda qol vurmaqla komandamın qələbə qazanmasına calışacağam".
Subotiç uzaq məsafədən vurulan və
baxımlı alınan qol barədə düşüncələrini paylaşmağı da unutmadı: "Gözəl qol
alındı. Belə qollar vurmağı sevirəm. Tamamilə düşünülmüş zərbə idi, yəni top
təsadüfən çərçivəyə "düşmədi". Qarşımda boşluq var idi və hədəfi açıq
görürdüm. Topa qüvvətli zərbə endirdim. Top da "sözümə baxdı" və
düşündüyüm traektoriya ilə çərçivəyə daxil oldu".
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |