Qurban Qurbanov: "Fikrim yalnız “Qarabağ”ladır”
Ağdamın “Qarabağ” futbol komandasının baş məşqçisi Qurban Qurbanov Azərbaycan millisinin sükanı arxasına keçməkdən imtina edib. Lent.az-ın əldə etdiyi məlumata görə, 41 yaşlı mütəxəssis yaxın ətrafına hazırkı iş yerinin onu tam qane etdiyini bildirib. Qurbanov “Qarabağ” rəhbərliyinin etimadı və yaratdığı şərait qarşılığında klubdan ayrılmağa razı olmayıb. AFFA rəhbərliyi onun millidə işləməyə razı olub-olmadığını müəyyən şəxslərin vasitəsilə öyrənmək istəyib. Bu zaman gənc mütəxəssis “İşləyirəm də elə “Qarabağ”da”cavabını verib.
Baş məşqçi
Lent.az-a açıqlamasında Ağdam klubunda çalışmaqda qərarlı olduğunu təsdiqləyib:
“Bu gün “Qarabağ”dayamsa, elə fikrim də “Qarabağ”da olmalıdır. Bu komandanın
uğurları, nəticələri, düşündüyümüz kollektivi qurmaq üçün çalışmalıyıq. Hələ mənim
tərəfimdən belə bir fikir, ideya, başqa bir şey yoxdur. Fikrim yalnız
“Qarabağ”ladır”.
Bununla
yanaşı, Qurbanov ona millimizin baş məşqçi postunun təklif olunmadığını da bəyan
edib. Onun fikrincə, təklif yoxdursa, bu məsələyə dair hansısa fikri bildirmək
düzgün olmaz: “Ona görə də hazırda yalnız “Qarabağ”da çalışmaq daha yaxşı
olar”. “Hələ ki klubda işləməyə üstünlük verirsiniz?” sualına isə Qurbanov
“Burdayam” cavabını verib. Qeyd edək ki, Qurban Qurbanov 2008-ci ilin
avqustunda “Qarabağ”a baş məşqçi təyin olunub. Onun rəhbərliyi altında Ağdam
komandası 2009-cu ildə Azərbaycan Kubokunun qalibi, 2012-2013-cü il mövsümündə
Azərbaycan Premyer Liqasının gümüş, 2009-2010 və 2010-2011-ci il mövsümlərində
bürünc medalını qazanıb. Bununla yanaşı, “Qarabağ” Avropa Liqasında 2009-2010,
2010-2011 və 2013-2014-cü il mövsümlərində “pley-off” mərhələsinədək irəliləyib.
Milli komandamıza 2008-ci ilin aprelindən başçılıq edən Berti Foqtsun hazırkı
müqaviləsi isə bu ilin sonunda başa çatır. Onunla yeni müqavilə məsələsinə dair
qərarı AFFA İcraiyyə Komitəsi verəcək.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |