”Xəzər Lənkəran”ın 6-cı titulu
“Xəzər Lənkəran”
tarixinin 6-cı titulunu qazanıb. Stadium.az xəbər verir ki, 2004-cü ildə
yaranan komanda 9 il ərzində sayca 6-cı olan mükafatını ilk dəfə qatıldığı Azərbaycan
Superkubokunda əldə edib. “Ağ-yaşıllar” 4-cü Superkuboka “Neftçi”ni 2:1 hesabı
ilə məğlub etməklə sahib çıxıb. Bununla da Con Toşakın yetirmələri 883 günlük
titul həsrətinə son qoyub. 2011-ci il mayın 24-də Azərbaycan kubokunun
finalında “İnter”i məğlub etməklə mükafatı başı üzərinə qaldıran “Xəzər Lənkəran”
həmin vaxtdan qalib adını qazanmırdı. Komandanın baş məşqçisi Con Toşak cənub təmsilçisini
titula daşıyan 3-cü çalışdırıcıdır. Uelsli mütəxəssisədək ilk 4 uğura Ağasəlim
Mircavadovun rəhbərliyi altında çatan “ağ-yaşıllar” 2 il əvvəl kuboku
rumıniyalı Mirça Redniklə əldə etmişdi. “Xəzər Lənkəran” 6 mükafatını 4 müxtəlif
yarışda - 1 dəfə çempionat, 3 dəfə kubok, 1 dəfə Superkubok və 1 dəfə Birlik
kubokunda qazanıb.
Azərbaycanda
ilk dəfə titul sahibi olan Toşak isə karyerasında 20-ci dəfə qalib adına yiyələnib.
Bunadək o, 12 dəfə futbolçu, 3 dəfə oynayan məşqçi və 4 dəfə baş məşqçi kimi
titul əldə etmişdi. Baş məşqçi kimi sayca 5-ci, ümumilikdə isə 20-ci titula “Xəzər
Lənkəran”da çatan uelslinin fərqi mükafatları da yetərincədir. Futbolçu kimi
Toşak 3 Uels kuboku, 3 İngiltərə çempionluğu, İngiltərə kuboku və İngiltərə
Superkubokunu qazanıb. Beynəlxalq arenada isə Çempionlar kuboku, 2 UEFA kuboku
və UEFA Superkubokuna sevinib. Oynayan məşqçi kimi 3 dəfə Uels kubokunu qazanan
Toşak futbolçu karyerasını bitirdikdən sonra baş məşqçi kimi komandalarına
İspaniya kuboku, İspaniya Superkuboku, İspaniya çempionu və Türkiyə kubokunu
qazandırmışdı. Uelsli son nailiyyətinə 15 il əvvəl “Beşiktaş”la Türkiyədə kubok
qazanarkən imza atmışdı.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |