Sadıq Sadıqov: "Səhhətim çox pisdir" Müsahibə
“Neftçi”nin prezidenti Sadıq Sadıqovun müsahibəsi
- Oyun barədə nə deyə bilərsiniz?
- Belə
oyun barədə nə deyim? Futbolda kim istəklidirsə, o da qalib gəlir. Düzdür, məğlub
durumda olmasına baxmayaraq, “Neftçi” bərabərlik qolunu vura bildi. Amma son dəqiqələrdə
daha bir top buraxaraq, məğlub olduq. Məğlubiyyəti də normal qəbul etmək
lazımdır. Bu gün rəqibdən zəif idik və uduzduq.
- Komandanızı tanıya bildiniz?
- Əsla.
Özüm əslən Naxçıvandanam. Bu gün öz doğma yurduma gəlmişdim. İstəyirdim ki,
klubumuz burada da azarkeşlərə qələbə bəxş etsin. Amma nədənsə, “Neftçi”nin
oyunu alınmadı. “Xəzər Lənkəran” isə layiqli qələbə qazandı. Həm bu, həm də 10
illik yubileyi münasibətilə rəqib komandanı təbrik edirəm. Oyundur, hər şey ola
bilər.
- İndiyədək “Neftçi”yə məşqçilər korpusu rəhbərlik
edirdi. Düşünmürsünüz ki, bu nəticədən və belə oyundan sonra komandada yeni baş
məşqçi məsələsinə aydınlıq gələ bilər?
- Yəqin
ki... Sanki komandada istək yox idi. Elə bil medaldan doyublar. Nə isə dəyişiklik
etmək lazımdır ki, medal aclığı, medal istəyi olsun. “Xəzər Lənkəran”ın istəyi
“Neftçi”dən çox-çox yüksək idi. Ona görə də qalib gəldi.
- Məşqçilər Şurası bütövlüklə istefaya göndəriləcək?
- Bu məsələyə
baxılacaq, yaxın günlərdə klubun şurasında müzakirəyə qoyulacaq və çıxarılan qərar
barədə mətbuata geniş məlumat veriləcək.
- Böyükağa Hacıyevin baş məşqçi postuna qayıdışı
mümkündür?
- Xeyr.
Böyükağa müəllim istefa verib. Elə məsələlər var ki, burada açıqlaya bilmərəm.
Bilirsiniz, onun səhhətində də problemlər var. Amma yenə bizim yanımızdadır.
Müşavirimdir. Bizə yeni bir güc, yeni baş məşqçi gəlməlidir. Yaxşı formalaşmış
komandamız var. Amma Hacıyevin baş məşqçi təyin olunması gündəlikdə deyil.
- Bir müddətdir ki, özünüzün də “Neftçi”nin
prezidenti postundan ayrılmaq istədiyinizə dair xəbərlər dolaşır...
-
Bilirsiniz, mən yorulmuşam. Həqiqətən yorulmuşam. Mən idman adamıyam, bütün
günü idmanın içindəyəm. Mən idmançılarımızın qələbəsi, məğlubiyyəti ilə
yaşayıram. Özümün səhhətində də bəzi problemlər var. Bu günədək heç kimə müraciət
etməmişəm. Amma görürəm ki, gündən-günə gücüm tükənir. Bu gün sağ-salamatıqsa,
böyük şeydir. Səhhətimdə problemlər olduğundan, klubdan getməyi düşünürdüm. İstəyirdim
ki, yeni rəhbərlik gəlsin, yeni heyət qursun. “Neftçi” ardıcıl 3 mövsüm çempion
oldu, Avropa Liqasının qrup mərhələsinə düşdü. Nəyin bahasına düşdü, onu bir
Allah bilir. Sağlıq durumu da öz sözünü deyir. Ona görə söz-söhbət var idi.
Özüm bunu istəyirdim. Nə bilim... “Arzudan arzu doğur” deyiblər. Elə hey sabahı
gözləyərək qalmışıq. Amma yenə deyirəm, vallah-billah, səhhətimlə bağlı vəziyyət
çox pisdir. Həddən artıq pisdir. Burda durmuşam, oyuna baxıram, amma vəziyyətim
elədir ki, sözlə ifadə edə bilmirəm. Mən də həyəcanlı insanam. Gücüm də tükənib.
Qalmaqallar-filanlar... Hamısını bu 3 ildə yaşadıq. Nə bilim, vallah... Qismət
Allahdandır. İnşallah, baxarıq görək nə olur?
- Getməyinizə mane olan nədir? Bəlkə klub daxilindən
getməyinizi istəmirlər?
- Bizim
çox yaxşı kollektivimiz var. Futbolçularla prezident kimi yox, dost münasibətində
olmuşam. Amma bu gün özüm tükənirəm, gücüm tükənir. Mən futbol sahəsinə gələndə
futbolun bu qədər həyəcanlı, bu qədər qalmaqallı oyun olduğunu bilmirdim. Mən
heç vaxt qalmaqalı sevməmişəm. Həyatım boyunca adım heç bir qalmaqalda
hallanmayıb. Bu gərginliklər mənim sağlamlığıma çox ziyan vurub. Hətta indi
mükafatlandırma mərasiminin keçirildiyi yerə getməyə halım yoxdur. Məsələ
bundadır.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |