Elçin Məmmədov yenə "bombaladı" MÜSAHİBƏ - ÖZƏL
Bir müddət əvvəl Premyer
Liqada hakimlikdən imtina edən, hazırda isə futzalda FİFA referisi olan Elçin
Məmmədovun Stadium.az saytına müsahibəsi:
- Bizdə olan məlumata görə,
Berti Foqts daha iki il milli komandada qalacaq. Səncə düzgün qərardır bu?
- Berti Foqts Azərbaycan
futboluna nə verdi ki, indi də onunla müqaviləni uzadırlar?! Absurd qərardır.
- Bunu sənin “dostun” Elxan
Məmmədov isdəyir...
- Axı Elxan Məmmədov kimdir
ki, Foqtsla müqavilə bağlasın? Bu iş onun səlahiyyətində deyil. Elxan və onun
komandası belə piyar işləriylə Rövnəq Abdullayevin gördüyü işlərə kölgə
salırlar. Foqtsun millidə qalıb-qalmayacağına ancaq İcraiyyə Komitəsi qərar
verə bilər.
- Axı özün də yaxşı
bilirsən, İcraiyyə Komitəsi formallıqdan başqa bir şey deyil...
- Futbolumuzun inkişaf
etməməyinin səbəbi odur ki, AFFA-da Müdafiə Nazirliyindəkindən daha çox adam
işləyir. Bu adamların da 95 faizinin futbola heç bir aidiyyatı yoxdur. 3-4
nəfər veteran futbolçunu saxlayıblar AFFA-da, hər ay təqaüd kartlarına 5-10
manat pul keçirdirlər, onlarda danışmır, Elxan Məmmədov da İcraiyyə Komitəsində istənilən kimi hərəkət
edir. İş Foqtsla da bitmir. Mourinyonu, Kapellonu, Erikssonu gətir, yenə də
heç nə olan deyil. Bunun üçün əvvəlcə klublar çalışmalıdır. Klublardan da
“Qarabağ” və “Qəbələ”dən başqa heç biri futbolun inkişafı üçün işləmirlər.
Özləri yaxşı bilirlər nəyə xidmət edirlər.
- Millinin Estoniya ilə
oyununa baxdız?
- Estoniyada 1.9 milyon
əhali yaşayır. Son statistikaya görə də, bunun cəmi 700 mini kişidir. Əhalisinə
görə bizdən 5 dəfə kiçikdirlər. Belə bir ölkənin futbolçuları bizimlə tək
qapıya futbol oynayırsa, hansı millidən, hansı inkişafdan danışır bunlar?
- Səncə Qırğızıstanla oyun
lazim idi?
- Azərbaycan xalqını
aldadırlar. Elə bilirlər ki, belə rəqibləri udub reytinq xalı qazanacaqlar,
amma bunu da bacarmırlar. Bunların işi komediyadır e...
- Premyer Liqada hakimliyə
qayıtmaq fikrin yoxdur?
- Hakimlikdən öz ərizəmlə
getmişəm. Qayıdası olsaydım, heç getməzdim. İndi başım biznes işlərinə qarışıb,
düzü, bu barədə heç düşünmürəm də.
- Premyer Liqada hakim səhvləri yenə də davam edir...
- Amma bir-birini əvəz
etmir. Mən deyərdim ki, Azərbaycan futbolunda ən yuxarıda duran elə
hakimlikdir. Hakimliyin səviyyəsi klublardan çox yüksəkdir. Süni meydançalar
tikdirməklə futbol inkişaf etmir.
Ümid BABA
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |