"Neftçi" 8 aparıcı futbolçusunu göndərir - ÖZƏL
Son 3 mövsümün Azərbaycan çempionu “Neftçi”
artıq indidən islahatlara başlayıb. Stadium.az xəbər verir ki, Premyer Liqada
sona 10 tur qalmış lider “Qarabağ”dan 10 xal geri qalan “Neftçi” mövsümün
sonunda bir neçə futbolçusu ilə yollarını ayıracaq. Kluba yaxın mənbədən aldığımız
məlumata görə, Legioner futbolçulardan Melvin Platye və İqor Mitreskinin gedəcəyi
dəqiqdir. Müdafiəçi Bruno Bertuççiylə dayaq yarımmüdafiəçisi Erik Ramosda
komandada qalmaq istəmir. Əgər onlarla danışıqlar müsbət yekunlaşmazsa hər iki
futbolçu da komandadan gedəcək. Mənbənin sözlərinə görə komanda yaxşı hücumçu
tapa bilərsə Boadır Nasimovla da vidalaşacaq. Məlumatlı mənbənin sözlərinə
inansaq, müdafiəçi Denis Silva da göndərilə bilər. Əgər onun da yerinə səviyyəli
futbolçu tapılarsa, o da gedəcək.
Yerli futbolçulardan isə Cavid İmamverdiyevin başqa komandaya icarəyə veriləcəyi gözlənilir. Böyükağa Hacıyevin bəyənmədiyi futbolçuya çevrilən Cavid özü klub prezidenti Sadıq Sadıqovdan xahiş edib ki, icarə əsasında başqa komandada çıxış etməsinə icazə verilsin.
Aldığımız məlumata görə, komandanın kapitanı Rəşad
Sadiqovunda oyunu hazırda klub rəhbərliyini və məşqçilər korpusunu qane etmir.
Bu səbəbdən də mövsümün sonunda Sadiqovla söhbət ediləcək. Ola bilsin ki,
kapitanla da yollar ayrılsın.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |