Mustafa Dənizli: "Məcburiyyətdən bu cür heyətlə oynayırıq"
"Qol vuran komanda qalib gələcəkdi. Premyer Liqada çox iddiamız olmadığımız üçün bəzi çətinliklərlə üzləşirik. Yerli futbolçuların zədəli olması işimizi çətinləşdirir. İstədiyimiz heyəti qura bilmirik. Bu oyun bizdə müsbət bir təəssürat yaradacaq oyundur. Həm evdə, həm də səfərdə bərabər oyun oldu. Çoxlu qol epizodu yarada bilmədik, oynaya biləcəyimiz oyunu oynamadıq". Stadium.az xəbər verir ki, bu sözləri "Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizli Premyer Liqanın 28-ci turunda "Neftçi"yə 0:1 hesabı ilə məğlub olduqları oyundan sonra deyib. Dənizli qarşılaşma ərzində etdiyi dəyişikliklərin səbəblərindən də danışıb: "Zohair komandanın ən yaxşılarından idi, çox yorulduğu üçün onu əvəzlədim. Vandersonu irəli çəkib Slaviki onu mövqeyində oynatdıq. Alxasov Araza qarşı uğurlu oynaya bilmədi. Müdafiəni gücləndirməli idik. Adrian Piti belə bir yüksək təzyiqi olan oyunda oynatmağım düzgün deyildi. Üç aydır ki, rəsmi oyun oynamayıb. Qış fasiləsində istədiyimiz 3 azərbaycanlı oyunçunu transfer edə bilmədik. Bütün yük Rahidlə Elnurun üzərinə düşdü. 4 yerli futbolçu ilə davam edirik. Bundan sonrakı oyunlarda dəyişikliklər etməliyik. Məcburiyyətdən bu cür heyətlə oynayırıq. Yerli futbolçuların sayını artırmalıyıq. 4 gənc futbolçumuz var”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |