Xəbərimiz Yaşar Seyidovu əsəbləşdirib
Ötən gün saytımızda “Bakı” klubuyla bağlı yer alan
xəbər komandanın vitse-prezidenti Yaşar Seyidovu narazı salıb. Stadium.az həmin
xəbəri bir daha olduğu kimi təqdim edir:
“Ötən il "Bakı"nın 3 gən futbolçusu -
Ülvi Süleymanov, Mahir Mədətov və Valeh Seyidovun "Lans"a getməsi məlum
idi. Ötən ay isə hər üç futbolçu Bakıya döndü. Buna səbəb isə onların işçi
vizası ala bilməmələri və bu səbəbdən də "Lans"da oynamaq şanslarının
olmaması idi. Stadium.az saytı xəbər verir ki, bu üç futbolçudan ikisi - Ülvi
Süleymanovla Mahir Mədətov yenidən "Lans"a yollanır. Mənbənin
sözlərinə görə, "Lans" triodan yalnız bu ikisinin heyətə cəlb
edəcəklərini açıqlayıb. Maraqlıdır, "Bakı"nın vitse-prezidenti Yaşar
Seyidovun oğlu olan Valeh nə üçün "Lans"ın dəvətli siyahısında
yoxdur? Bu sual maraq doğurur.
Görünən isə odur ki, "Lans"ın
məşqçilər korpusu ancaq Mahirlə Ülvini komandada görmək istəyir. Bu iki gənc
oyunçunun isə qarşıdakı 4 gün ərzində Lansa yollanacağı bildirilir”.
Seyidovun narazı olduğu məqam isə xəbərin içində yer alan “Maraqlıdır, "Bakı"nın vitse-prezidenti Yaşar Seyidovun oğlu olan Valeh nə üçün "Lans"ın dəvətli siyahısında yoxdur? Bu sual maraq doğurur” yeri olub. Məhz bu məqama görə Yaşar müəllim redaksiyamızla əlaqə saxlayaraq məsələyə tam aydınlıq gətirdi: “Əvvəlzə diqqətinizə çatdırım ki, mənim oğlum Valeh Seyidov Azəbaycanda futbolçular arasında yeganə oyunçudur ki, yüksək balla dövlət universitetinə öz biliyi sayəsində daxil olub. Valeh futbolçu olmaqla yanaşı həm də ali təhsil alır. Oğlum Dövlət İqtisad Universitetində oxuyur. İndi onun qarşıda dövlət imtahanları var. Buna görə də Bakıda qalıb imtahanlarına hazırlaşmalı, imtahanlarını verməlidir. Məh bundan sonra Valehin “Lans”a gedib getməyəcinə baxacağıq. Hazırda isə onun “Lans”a getməməsində başqa xəbər axtarmaq lazım deyil. Buna indiki məqamda sadəcə ali təhsil alması mane olur”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |