“Fortuna Səbail” yeni mövsümdən Azərbaycan çempionatında çıxış edəcək - YENİ
Azərbaycan futbol ailəsinə ''İçəri Şəhər'' adıyla qədəm qoyan klub keçən mövsüm son anda birinci dəstədə çıxış etmək imkanından məhrum olunca, rəhbərlik daxili strategiyanı dəyişərək peşəkar deyil, aşağı yaş qruplarından ibarət komanda toplamaq qərarına gəldi. Klubun təsisçilərindən və sahiblərindən olan Yusif Həsənovun diliylə desək, zirvədən başlayıb aşağı yuvarlanmaqdansa, təpədən zirvəyə qalxmaq daha önəmlidir. Məhz bunu əsas götürən rəhbərlik artıq bu ilin mart ayında seleksiya keçirərək 2000-2001 təvəllüdlü istedadlı uşaqları komandaya cəlb etdi. Geridə qalan müddətdə adını ''Fortuna Səbail''ə dəyişən klubun başbilənləri bu addımı İçəri Şəhər Dövlət Tarix və Memarlıq Qoruğu ilə ümumi razılığa gələ bilməmələri, habelə qoruq tərəfindən irəli sürülən şərtlərin onları heç cür qane etmədiyi ilə əlaqələndirdi. Niyə məhz “Fortuna Səbail'' sualına isə cavab kimi yoldaş Həsənov klubun rəhbər və texniki heyətindən tutmuş, yeniyetmə futbolçulara qədər əksəriyyətinin paytaxtın mərkəzi rayonu sayılan Səbaildə məskunlaşmasını, habelə komandanın keçmiş adı olan İçəri Şəhərin də məhz bu rayonda yerləşməsini nəzərə aldıqları üçün “Səbail” adına üstünlük verdiklərini bildirdi. Maraqlıdır ki, klub elə adı çəkilən rayonda yerləşən Bayıl stadionunda məskunlaşıb. Bu da çox güman ki, azarkeş dəstəyinə hesablanmış addımdı.
Yeni
mövsümdən 15 yaşa qədər yeniyetmələr arasında AFFA-nın təşkili etdiyi ölkə
çempionatına qatılmağı hədəfləyən komanda aprelin 15-dən etibarən adı çəkilən
stadionda həftədə 3 dəfə məşq keçməklə yeni mövsümə hazırlığına start verib. Məşqlərlə
azyaşlı futbolçulara məşq keçməklə bərabər
həm də, həftə içi bir dəfə nəzəri futbol bilikləri də tədris olunmaqdadı.
Komanda bu bazar “Bayıl” stadionunda AZAL-dan olan həmyaşıdarına qarşı ilk
yoxlama görüşünə çıxıb. İlk ciddi sınağını vemriş olan yeni komandanın üzvləri
məğlub olmalarına baxmayaraq xoş təsir bağışlayan komandanın oyun üslubunda
özünəməxsusluq və intizam sezilməkdəydi. Cəmi 1 aydı ki, bir yerdə olan
uşaqların bir-birini gözüyumulu başa düşmələrində klubun məşqçiləri Vladislav
Ledyayevlə Tərlan Salmanovun əməyi danılmazdı. Oyuna gəlincə, ərazi ütünlüyünə
malik olmalarına baxmayaraq, fiziki yorğunluq və bir oyunçunun qırmızı vərəqə
alması ''Fortuna Səbail''in sonda məğlubiyyətiylə nəticələndi.
Diqqətdən
yayınmayan məqamlardan biri də oyunu “VİP loja”da izləyən qonaqlar arasında
AFFA ilə əməkdaşlıq edən ''Bakcell'' şirkətinin nümayəndəsi Ayaz Əhmədovun da
olmasıydı.
Əhmədov
''Bakcell''in ''Mançester Yunayted'' klubu ilə artıq ikinci ildir ki, birgə həyata
keçirdiyi ''Mançester tətilləri'' layihəsinin əsas təşəbbüskarlarından biridi. Yeni
yaranan klubun oyunçularının meydana İtalyinan tanınmış idman geyimləri istehsatçısı
olan ''Givova''nın formalarda meydana çıxmasıydı. Komandanın digər təsisçisi, əsas
söz sahibi Ziya Əliyevin bildirdiyinə görə, sahib olduğu klub artıq İtaliya
şirkətiylə əməkdaşlıq etməkdədi və gələcəkdə bu əməkdaşlığın daha da genişləndirilməsi
nəzərdə tutulur. Əliyev həm də vurğuladı ki, komandası ölkəmizdə “Givova'' ilə əməkdaşlıq
edən ilk klubdu. “Givova'' Apennin yarımadası klublarından ''Kataniya'' və
''Torino'' kimi A seriyası təmsilçilərini idman formalarıyla təchiz edir.
ORXAN
|
||||||
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |