Tale Heydərov "III Qəbələ kuboku" haqda danışdı
"Qəbələ" klubunun prezidenti Tale Heydərov bu gün start götürən "III Qəbələ kuboku" haqda fikirlərini bildirib. Stadium.az xəbər verir ki, turnirin açılışında çıxış edən klub prezidenti yarış iştirakçılarını salamlayıb və gənc futbolçulara öz tövsiyələrini verib:
"Doğma şəhərimizdə sizləri görmək bizim üçün xoşdur. Bu turnir təbii gözəlliyi ilə seçilən Qəbələyə əlavə rəngarənglik qatır. Qəbələ kuboku turniri sadəcə futbol yarışı deyil, eyni zamanda bir bayramdır. Ümid edirəm ki, bu bayram "fair play" qaydaları çərçivəsindən kənara çıxmayacaq. Siz yeniyetmə futbolçular gözəl oyunla yanaşı komanda yoldaşlarınıza, rəqibə, hakimlərə, məşqçilərinizə və tamaşaçılara hörmət etməli və bununla da idmanın dostluq və sülh prinsiplərini uca tutmalısınız. İstər meydançada, istərsə də meydançadan kənarda göstərəcəyiniz alicənablıq peşəkarlığa doğru atdığınız bu önəmli addımları daha da sürətləndirəcək.
İnanıram ki, “III Qəbələ kuboku” hər birinizin yaddaşlarında həm gərgin idman mübarizəsi, həm də “fair-play”in qələbəsi kimi dərin iz buraxacaq. Sizlərə uğurlar arzulayır və hər birinizi gələcəyin peşəkar futbolçusu kimi görməyə ümid edirəm".
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |