14 yaşlı istedadın atası millimizdən niyə imtina edir?
ZAUR MAHMUDOV: “PEŞƏKARLIQ BAXIMINDAN ALMANİYA MİLLİSİNİ SEÇİRİK”
Azərbaycan
Beynəlxalq Bankının təsis etdiyi kubok uğrunda 3-cü beynəlxalq futbol
turnirində mübarizə aparan Almaniyanın “Ayntraxt” klubunda azərbaycanlı
futbolçu çıxış edirdi. Həmyerlimiz Murad Mahmudov turnir boyu inamlı oyunu ilə
seçildi. Qrup mərhələsində “İnter”ə qarşı baş tutan oyunda het-rik edən
Mahmudov, komandasının finala adlamasına gömək etdi. Həlledici qarşılaşmada da
inamlı təsir bağışlayan Murad ikinci hissədə vurduğu qolla komandasını önə
keçirdi. Amma 14 yaşlı futbolçu penaltilər seriyası zamanı şansını boşa
verməklə komandasının məğlubiyyətinə səbəb oldu. Bununla belə, Mahmudov yarışın
sonunda 2 mükafata birdən sahib çıxdı. O, həm turnirin bombardiri oldu, həm də
ən yaxşı oyunçusu seçildi.
Turnirdəki
inamlı oyunu sayəsində Murad Mahmudov Azərbaycan klubunun da maraq dairəsinə
düşüb. Belə ki, “Qəbələ” 14 yaşlı hücumçunun xidmətində maraqlıdır. Klubun
seleksiyaçı məşqçisi Əli Abışov Azərbaycan Beynəlxalq Bankının təsis etdiyi
kubok uğrunda 3-cü beynəlxalq futbol turnirin finalında baş tutan “Ayntraxt” –
“Beşiktaş” oyununa canlı olaraq baxıb. Lakin Muras hələ ki vətənində çıxış
etmək barədə düşünmür. Bu barədə bir qədər sonra.
14
yaşlı futbolçunun atası Zaur Mahmudov da Bakıya gəlmişdi. Turnir boyu
“Ayntraxt”ın bütün matçlarına tribunadan izləyən Zaur bəy daim həyəcanlı olması
ilə diqqət çəkirdi. Hətta “Beşiktaş”la oyunun fasiləsində ona yaxınlaşıb,
müsahibə almaq istəsəm də, “inciməyin, amma indi çox həyəcanlıyam. Danışa
bilmərəm, oyundan sonra söhbət edərik”, cavabını eşitdim.
Zaur
bəyin sözünü yerə salmayıb, mükafatlandırma mərasimindən sonra Beynəlxalq
Bankın Frankfurt nümayəndəliyinin rəhbəri Zaur Mahmudovla ayaqüstü qısaca
söhbət etdim. Zaur bəy ilk öncə oğlunun futbola gəlişindən danışdı: “Murad
2000-ci ildə Azərbaycanda, Bakı şəhərində anadan olub. 2004-cü ildə, Muradın 4
yaşı olanda ailəliklə Frankfurta köçdük. Almaniyaya üz tutmağım şəxsi işlərimə
əlaqədardı. Özüm də elə Frankfurtda çalışıram. Ora köçdükdən sonra oğlum
əvvəlcə bağçaya, sonra məktəbə getdi. 5 yaşından etibarən futbolla məşğul olur.
İlk olaraq Frankfurtun “Makkabi” klubunda oynayıb. Bu, kiçik klubdur. Daha
sonra “Ayntraxt”ın məşqçiləri Muradın oyununu görüb, bəyəndilər. Artıq 5 ildir
bu komandada çıxış edir”.
Z.Mahmudov
“İnter”in təşkilatçılığı ilə keçirilən turnir barədə də fikirlərini açıqlayıb:
“Vətəni tərk etdikdən sonra Bakıya bir neçə dəfə gəlmişik. Demək olar ki hər
yay. Almaniyada yaşasaq da, qohum-əqraba buradadır. Vətəndən ayrı qalmaq
qeyir-mümkündür. “Ayntraxt”ın bu turnirə dəvət alması xoş idi. Oğlum doğma
şəhərində, vətənində meydana çıxmaq şansı qazandı. Çox gözəl turnir təşkil
olundu. Yaxşı komandalar var idi. “Ayntraxt” finala kimi irəliləsə də,
həlledici oyunda uduzdu. Muradın penaltini qaçırması məni çox məyus etdi. Amma
bu, futboldur”.
Zaur
bəy “oğlunuz gələcəkdə Azərbaycan millisində oynayacaqmı” sualına belə cavab
verib: “Azərbaycan millisindən oğluma təklif gəlib. Özü də turnir zamanı yox,
daha əvvəl. Amma Murad hələ ki yekun qərarını verməyib. Oğlum üçün hazırda ilk
növbədə Almaniya millisidir. Gələcəkdə Almaniya millisinin şərəfini qorumaq
istəyir. Bu variant alınmasa, Azərbaycanın formasını geyəcək. Düzdür,
Azərbaycan bizim vətənimizdir. Amma o, Almaniyada böyüyüb. Neçə illərdir orada
yaşayır. Həm də bu idmandır. Peşəkarlıq baxımından Almaniyada oynamaq
istəyirəm”.
Vətənpərvərlik,
milli ruh, hətta Aleksandr Səmədov nümunəsi belə Mahmudovların fikrinə təsir
göstərmir: “Bizi qınaya bilərlər. Amma mən oğlumun gələcəkdə daha peşəkar
futbolçu olmasını istəyirəm. Bu qərarı oğlum verib. Mən də eyni fikirdəyəm.
Almaniya millisinə düşmək çətindi. Lakin bu, Muradı fikrindən daşındıra bilməz.
Yenə deyirəm, peşəkarlıq baxımından biz Almaniyaya üstünlük veririk. Alınmasa,
o zaman Azərbaycan millisinin formasını geyər”.
Şahin
ZÜLFÜQAROV
“Het-trik news”
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |