Tahir Süleymanov kimləri sərt tənqid etdi?
Son günlər ən çox gündəm olan məsələlərdən biri də Tahir
Süleymanovun “Neftçi”də qalıb qalmayacağıyla bağlı oldu. Vitse-prezident istefa
verdi və klub preizdenti bunu qəbul etdi. Daha sonra isə Sadıq müəllim
açıqlamasında bildirdi ki, Süleymanov heç yerə getməyib və “Neftçi”də qalır.
Birisügün “Çixura”yla cavab oyunu üçün “Neftçi”ylə Tiflisə yola düşəcək Tahir
Süleymanov bunlarla bağlı Stadium.az saytına önəmli açıqlamalar verdi: “Neftçi”
Bakıda “Çixura”nı uda bilməsədə də, facizəvi bir şey baş vermədi. Biz inanırıq
ki, “Neftçi” cavab oyununda səfərdə qələbə qazanacaq və ən pis halda sərfəli nəticəylə
turu keçən tərəf olacaq. Tahir Süleymanov “Neftçi”dədir, ya deyil? Bunu niyə bu
qədər qabardırlar axı? Klub prezidenti Sadıq Sadıqov da açıqlamasına bildirib
ki, mən burdayam və komandaya kömək edirəm. Mən Sadıq müəlimlə yaxın dostam,
qardaşam, belə məqamda onu tək qoymaq olmaz. Biz “Neftçi”yə kömək etməklə Azərbaycan
futboluna kömək etmiş oluruq. “Neftçi” turu keçsə bundan ən çox Azərbaycan
futbolu qazanacaq, buradakı fərdlər deyil.
İlk oyunda Bakıda baş verənləri hər kəs gördü. Mətbuatın
da böyük dəstəyiylə bu məsələni ictimailəşdirdik. Gürcüstan Respublikası
prezident, baş nazir, xarici işlər naziri, idman naziri səviyyəsində bu
insidentə münasibət bildirmək məcburiyyətində qaldı. Hamısı bildirdi ki, bu məsələ
gürcülərin yox, ortaya təxribat salmaq istəyən qüvvələrin addımı idi.
Bu, oyundan kənarda bizim qələbəmiz idi. İndi son
işdə komanda üzərinə düşəni etməlidir və turu keçməklə bizləri sevindirməlidir.
Sadıq müəllimin yanındayam və təşkilati işlərdə “Neftçi”yə kömək edirəm. İndi əsas
məsələ Azərbaycan futbolunun uğuru, “Neftçi”nin turu keçməsi, ölkəmiz adına
separatçı hərəkətlərə yol verməməkdir, yoxsa burada kim işləyir, yoxsa işləmir...
70 milyonluq Türkiyə klubu Tiflisə gələndə onlara hər
cür hörmətsizlik edildi. Azarkeşləri, jurnalistləri döyüldü, təhqir olundu.
Türkiyənin UEFA-da olan lobbinisinin yanında biz heç UEFA-nı tanımırıq belə.
Bütün bunların qarşısında “Bursaspor”un başına hər oyun gətirildi Tiflisdə.
Ancaq indi Bütün Gürcüstan güc strukturları ayağa qalxıb, hamısı deyir ki,
burada azərbaycanlılara və “Neftçi”yə qarşı artıq bir hərəkət də ola bilməz.
Bundan danışmaq lazımdı”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |