Böyükağa Hacıyev: "O sözlər mənə aid ola bilməz"
AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində millimizi
Norveçlə oyuna baş məşqçi qismində çıxaran Mahmud Qurbanovun maraqlı fikirlər səsləndirməsi
səs-küyə səbəb olub. Qurbanovun "Heç efirdə, mətbuatda almanı tənqid
etmirdilər. Hələ deyirdilər ki, Foqts düz edir. Peşəkar futbolçu hər mövqedə
oynamalıdı. Ancaq Nazarovu meydana buraxmamışam deyə məni az qala xalq düşməni
çıxarırlar. 6 ildir danışmağa özündə cürət tapmayanlar noyabrın 17-dən
ağızlarını açıb, gözlərini yumublar. O da maraqlıdır ki, məni tənqid edənlər,
heyəti müəyyənləşdirərkən səhv etdiyimi söyləyənlər nədənsə oyundan öncə və
sonra Norveçi ictimaiyyətə zəif rəqib kimi qələmə verməyə çalışırdılar” fikirləri
böyük müzakirəyə səbəb oldu.
Goal.az xəbər verir ki, Mahmud Qurbanovun mətbuatda yerli mütəxəssisləri
tənqid etməsinə "Neftçi"nin sabiq baş məşqçisi Böyükağa Hacıyev öz
münasibətini bildirib. Saytımıza açıqlamasında “Neftçi”nin keçmiş baş məşqçisi
bunları söylədi:
"Mənə elə gəlir ki, o sözlər mənə aid ola bilməz. Çünki
Foqts dövranında onu ən çox qılınclayan mən olmuşam. Mən 6 il ərzində Foqtsa qədərindən
artığın demişəm. Mahmud Qurbanov bir oyuna komanda çıxardanda, mən onu qədərincə
dəstəkləmişəm. Mən demişdim ki, 10 gün müddətində Mahmud Qurbanovdan heç nə tələb
eləmək olmaz. Foqtusn 6 illik fəlsəfəsini Mahmud 10 gündə komandadan çıxarda
bilməz.
Mahmud ümumi danışmasın, adların qoysun üstünə, ünvanlasın.
Əgər o siyahıda Böyükağa Hacıyev adı varsa, mən onun bu sözünə cavab verməyə hər
dəqiqə hazıram. Qurbanov bizim gənc məşqçilərdəndir. Həqiqətən də haqlı tələb
irəli sürür. 6 ildə Foqtsdan istəmədiyimizi 10 gündə Mahmuddan istəyirik. Məşqçi
kimi olmasa da, futbolçu kimi böyük praktikası var. Azərbaycanda
"professor" ləqəbi qazanmış bir futbolçu olub. Gəlin, Mahmud
Qurbanovun işinə qıraqdan müdaxilə etməyək".
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |