"Avropa Oyunlarına çox ciddi hazırlaşıram" - MÜSAHİBƏ
Bakıda keçiriləcək I Avropa Oyunlarının startına qısa müddət qalıb. Ev sahibliyi edəcəyimiz bu möhtəşəm hadisə özündə 20 idman növünü birləşdirəcək. Onların arasında bədii gimnastika, aerobika gimnastikası, qadın və kişi idman gimnastikası, akrobatika, eləcə də batutda tullanma təqdim olunacaq.
Məhz batutda Azərbaycanı iki oğlan və iki qız idmançı təmsil edəcək. Oyunların proqramına əsasən onlar fərdi və sinxron olaraq çıxış edəcəklər. Ənənəvi olaraq, Azərbaycan Gimnastika Federasiyası Oyunların mümkün iştirakçılarının daha biri ilə söhbət edib. Stadium.Az xəbər verir ki, qurumun mətbuat xidmətinin qonağı İlya Qrişunin olub.
- Gimnastikaya gəlişiniz barədə məlumat verərdiz. Necə oldu ki, məhz bu idman növünü seçdin?
- Məni gimnastikaya anam gətirib, batutu mən xüsusilə seçməmişdim. Daha sonra məni cəlb etdi və başa düşdüm ki, onsuz yaşaya bilmərəm.
- Necə düşünürsüz, başqa idman sahəsində uğurlu ola bilərdizmi?
- Əlbəttə, düşünürəm ki, bütün idman növlərində alınardı. Əgər insanın idmana bacarığı varsa, o zaman onun bütün idman növlərində üstünlükləri ola bilər. Misal üçün mənim, su üzərində tullanma, idman gimnastikası, boks, futbol və xokkey xoşuma gəlir.
- Sizcə, hər hansı idman növündə vacib olan nədi?
- İstək və əzmkarlıq. Daha sonra rejim və müxtəlif aspektlərdən sadalaya biləcəyim digər məqamlar. Amma ən vacibi istəməkdi. Bir şeyi əldə etməyi istəməlisən və ən əsası konkret olaraq nə əldə etmək istədiyini bilməlisən.
- Yarış günü emosiyalarınla necə bacarırsız? Təmkinli olmağınızın sirri nədədi?
- Son vaxtlardı çox həyəcanlanmıram. Yəqin bütün qorxularımdan azad olmuşam, öz-özümə deyirəm ki, qorxmağa dəyməz, digərləri də bunu yaşayır. Bu kömək edir.
- Peşəkar idmanla məşğul olmaq nə dərəcədə təhlükəlidi? Yoxsa bu idman növündən asılıdı?
- Təhlükə bizi hər gün izləyir, lakin sən əgər bir dəfə zədə almısansa, artıq beyin avtomatik olaraq, zədə almamaq üçün necə düşmək lazım olduğunu analiz edir. Sən bunu dərk etməsən də, özünü qorumaq instinkti işə düşür.
- İdmanda kumiriniz varmı?
- Bəli, bu Ule-Eynar Byorndalendi – norveçli biatlonçu. Məni çox təəccübləndirir ki, 40 yaşlı bir insan Olimpiya oyunlarını necə qazana bilər. Eyni zamanda, onun 7 qat Olimpiya çempionu olması həm heyrətləndirir, həm də həvəsləndirir.
- Yaxın gələcək üçün idman planlarınız barədə nə deyə bilərsiz?
- Planda medal qazanmaqdı. Ən azı Avropa Oyunlarında bürünc medal, həmçinin dünya komanda çempionatında Olimpiya – 2016-ya lisenziya qazanmaq istəyirəm. Planlarım budu.
- Avropa Oyunları sizin üçün nə kəsb edir və ona necə hazırlaşırsız?
- Bu mənim üçün tamamilə yeni yarışdı. Mən Avropa Oyunlarına çox ciddi hazırlaşıram, belə ki, bu mənim ən vacib yarışım olacaq. Xüsusən də, yarışlar burada - öz evimizdə keçiriləcək. Buna görə də, hazırlıq “200 dərəcə” ciddi şəkildə gedir.
- İdmandan bir az uzaqlaşsaq, reallaşdırmaq istədiyin başqa arzularınız, məqsədləriniz varmı?
- Mənim musiqiyə həvəsim var. Klub musiqiləri bəstələyirəm, kompüterdə miksləşdirirəm. Təəssüflər olsun ki, mən bununla tam məşğul ola bilmirəm, həm vaxta, həm də digər səbəblərə görə. Ümid edirəm ki, gələcəkdə bu istiqamətdə işləyə bilərəm.
- İdmanla gündəlik həyatınızı birləşdirə bilirsizmi?
- Bəzən nəsə etməyə həvəs olmur, gücüm çatmır. Bəzən vaxt olmur. Lakin, istək olandan sonra digər şeylərə də vaxt ayırmaq olar və bu vacibdi.
- Bir az da bəlkə ailəniz barədə danışasız.
- Mənim həyat yoldaşım və yaş yarımlıq uşağım var. Çox yaxşıdılar, onları çox sevirəm. Əlavə 2 uşaq da istəyirəm (gülür).
- Adətən azarkeşləriniz tribunlardan sizi necə dəstəkləyirlər? Onlardan nə eşitmək istərdiz?
- İstəyərdim ki, heç kəs səslənməsin. Çünki bizim idman növündə səs fikrimizi yayındırır (gülür). Əgər futbolda nəsə qışqırıb, demək olarsa bizə superpeşəkar deyərlər. Mənim ABŞ-da dünya çempionatındakı ab-hava çox xoşuma gəldi, fonda sakit musiqi səslənirdi, azarkeşlər də sakit idilər. Bu musiqi bizə sakitləşməyə çox kömək edirdi.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |