Həşimovun xatirəsinə həsr olunan turnir canlı yayımlanacaq
“Synergy Group”un təşkilatçılığı və sponsorluğu ilə Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess-2015” turniri ilə bağlı bir sıra işlər artıq öz həllini tapıb. Stadium.Az xəbər verir ki, ötən il olduğu kimi, bu il də canlı izlənəcək “Shamkir Chess 2015” üç dildə yayımlanacaq. Azərbaycan dilində partiyaları vaxtı ilə Həşimovun məşqçisi olan, FİDE məşqçisi, Azərbaycanın əməkdar məşqçisi Anar Allahverdiyev və yeniyetmələr üzrə millinin məşqçisi, qrossmeyster Fərid Abbasov təqdim edəcək. Həşimovun sekundantı və məşqçisi Viorel İordakesku rus dilində, ingilis dilində isə ukraynalı qrossmeyster, FİDE şərhçisi Evqeni Miroşniçenko şərh edəcək.
Dünyanın ən güclü şahmatçılarından olan Maqnus Karlsen, Vişvanatan Anand, Vladimir Kramnik, Fabiano Karuana, Aniş Giri, Uesli So, Maksim Vaşi-Lagrav, o cümlədən, azərbaycanlı qrossmeysterlər, Avropa çempionları Şəhriyar Məmmədyarovla, Teymur Rəcəbov və Azərbaycan çempionatının son qalibi Rauf Məmmədov Şəmkir turnirinin qalibini müəyyən edəcəklər. Bu “Shamkir Chess-2015”in geniş yayımlanması və yayılması üçün mükəmməl bir vasitə olacaq.
Yaxın günlərdə www.shamkirchess.az veb səhifəsi də yeni versiyada ictimaiyyətə təqdim olunacaq. Super-turnir ilə bağlı ətraflı məlumat, adı çəkilən şahmatçıların Şəmkirdə keçirdiyi vaxt və eyni zamanda oyunları canlı izləmək üçün burada xüsusi pəncərə yaradılıb. Əlavə olaraq www.chess.com veb-səhifəsi də aprelin 16-26-da bu turniri canlı izləmək imkanı yaradacaq.
"Shamkir Chess-2015”in dünyadan böyük maraqla qarşılandığını nəzərə alaraq, sosial mediadan geniş şəkildə istifadə olunur. “ShamkirChess2015” facebook, twitter və instagram səhifələri mütəmadi olaraq yenilənir və şahmatsevənlərin sualları cavablandırılır.
"Synergy Group" olaraq biz hər zaman davamlı gələcəyə doğru peşəkar və sistematik addımlar atır və cəmiyyətin inkişafına töhfə veririk”. Bir daha qeyd etmək istərdik ki, “Shamkir Chess-2015” 16 aprel tarixində Şəmkir şəhərində Heydər Əliyev adına mərkəzində başlayacaq və 10 gün davam edəcək.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |