"Bakı-2015": Baş direktor "Giltex"də olub
Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq “Gilan” Tekstil Parkının ticarət nişanı olan “Giltex” fabrikində olub. Stadium.Az xəbər verir ki, Sumqayıtda yerli istehsal şəraiti ilə tanış olan BAOƏK-nin rəsmisi “Gilan” Tekstil Parkının rəhbərliyi ilə söhbət zamanı əməkdaşlıq məsələlərini müzakirə edib.
950 işçisi olan “Giltex” BAOƏK-in uniformalarını hazırlayan müəssisədi. 2012-ci ildə Sumqayıt şəhərində fəaliyyətə başlamış şirkət “Gilan” Tekstil Parkının ticarət nişanıdı. Fabrik yüksək keyfiyyətli Azərbaycan pambığından xammal kimi istifadə etməklə, Avropa keyfiyyətinə və istehsal standartlarına cavab verən məhsullar istehsal edir. Şirkətin toxuculuq, boyaq və tikiş fabrikləri də var. Burada hazırlanan məhsullara yataq otağı örtükləri, geyim, pərdə, trikotaj parçası, ipliklər, corablar, dəsmallar, yataq ləvazimatları və hərbi uniformalar daxildi.
“Gilan” Tekstil Parkı istehsal prosesində heç bir kimyəvi məhsullardan istifadə olunmadığını bildirir. Bütün uniformalar yerli pambıqdan hazırlanır və yalnız düymələri Türkiyədən sifariş edilir.
Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Kleq bildirib ki, I Avropa Oyunları Azərbaycan iqtisadiyyatına müsbət edəcək. Ölkənin yeni şirkətlərindən olan “Giltex” yüksək keyfiyyətli məhsullar istehsal edir. Sumqayıtda şirkətin gözəl şəraiti var. BAOƏK-nin xidmət heyəti 18,000 könüllü və digər sahələrdə çalışacaq əməkdaşlar üçün uniforma və geyimlər məhz bu müəssisədə hazırlanacaq.
BAOƏK üçün bu fabrikdə, ümumilikdə 110 min ədəd olmaqla, 7 növdə uniforma istehsal olunacaq. Bu geyimlərə həm kişi, həm də qadın işçi qüvvəsi, eləcə də, texniki rəsmi heyət üçün müxtəlif çeşidli polo yaxalı köynəklər və mərasim iştirakçıları üçün qısaqol köynəklər daxildi.
Yüksək keyfiyyətli yerli məhsullar istehsal etməyə qadir olduğu üçün bu fabrik Bakı-2015 Avropa Oyunlarının vahid geyim təchizatçısı seçilib.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |