Şağan Olimpiya Kompleksində Ümumilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan boks üzrə yeniyetmələr arasında beynəlxalq turnir davam edir. Stadium.Az xəbər verir ki, ötən gün çəkisi 52, 54, 57, 63, 66, 70, 75, 80 və +80 kq olan idmançılar rinqə çıxıb.
12 boksçumuzdan 5-i qalib gələrək, növbəti mərhələyə vəsiqə qazanıblar.
Azərbaycan idmançılarının nəticələri:
52 kq. Polad Hüseynov – Dilşat Nurim (Qazaxıstan) 2:1
52 kq. Niyaməddin Allahverdiyev – Ünal Kalkışım (Türkiyə) WO Türkiyə boksçusu rinqə çıxmayıb
52 kq. Cahongir Raxmonov (Özbəkistan) – Hüseyn Sadıqov 3:0
54 kq. Danil Ryabov (Rusiya) – Orxan Həsənov 0:3
54 kq. Səbuhi Abışov – Sanatali Toltayev (Qazaxıstan) 0:3
57 kq. Elton Məmmədov – Kazbek Qauez (Qazaxıstan) 2:1
63 kq. Badri Xutsişvili (Gürcüstan) – Turan Sadıqov Xutsişvili nokautla qalib gəlib
63 kq. Ruslan Məmmədov – Fərrux İlhamov (Özbəkistan) 0:3
66 kq. Timur Merjanov (Özbəkistan) – Camal Hadıyev Merjanov nokautla qalib gəlib
70 kq. Yahyohon Saidxonov (Özbəkistan) – Rövşən Məmmədov 3:0
75 kq. Eldiyar Kameçibekov (Qazaxıstan) - Kənan İsmayılzadə İsmayılzadə nokautla qalib gəlib
80 kq. Gülyar Rüstəmli – Abbosxan Mirzaabdullayev (Özbəkistan) 0:3