Avropa Oyunlarının məşəli Saatlıda
Bu gün birinci Avropa Oyunlarının məşəli Hacıqabul rayonundan sonra Saatlıya gətirilib. Stadium.Az xəbər verir ki, Saatlı şəhərinin giriş qapısında Hacıqabulda yandırılan Avropa Oyunlarının məşəlinin qarşılanma mərasimi olub.
Şəhərin Heydər Əliyev prospektində minlərlə rayon sakini yürüş iştirakçılarını böyük coşqu ilə qarşılayıb.
Avropa Oyunlarının rəmzi qapısında Saatlı rayon Əhmədbəyli kənd tam orta məktəbinin şagirdi, futbolçu Mirqiyas Qiyasov məşəli qəbul edib.
Sonra 10 məşəlçi 2,9 kilometr məsafədə yürüşə başlayıb. Növbə ilə məşəli bir-birinə ötürən idmançılar rayon sakinlərinin alqışları ilə Heydər Əliyev prospekti boyunca hərəkət etməklə Ümummilli Liderin adını daşıyan meydana gəliblər. Meydana toplaşanlar birinci Avropa Oyunlarının məşəl estafetini qəbul edən idmançıları böyük sevinclə qarşılayıblar.
Əlisoltanlı kənd tam orta məktəbinin müəllimi Vüqar Namazov səhnəyə qalxaraq, Avropa Oyunlarının məşəlini alovlandırıb. Mərasimdə aprelin 26-da Atəşgah məbədində birinci Avropa Oyunlarının məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilib.
Birinci Avropa Oyunlarının çırağı sərbəst güləş üzrə Azərbaycan çempionu Namaz Cəfərov tərəfindən yandırılaraq, yarışlar başa çatana qədər saxlanılmaq üçün Heydər Əliyev Mərkəzinə təhvil verilib.
Estafet iştirakçılarını qarşılayanlar arasında rayon ağsaqqalı Seyidismayıl Abbasov da vardı. O, tədbirlə bağlı təəssüratlarını bölüşüb: "Belə mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ancaq xəyal kimi düşünülə bilərdi. Sevindirici haldır ki, Prezident İlham Əliyevin yorulmaz və çoxşaxəli fəaliyyəti nəticəsində bu xəyal reallığa çevrilib. Bir neçə həftədən sonra ölkəmizdə ilk Avropa Oyunlarına start veriləcək. Respublikamız bu mötəbər idman tədbirinə böyük həvəslə hazırlaşır. Bu işlərdə ilk Avropa Oyunları Təşkilat Komitəsinin rəhbəri Mehriban xanım Əliyevanın gərgin fəaliyyəti də xüsusi qeyd olunmalıdır. Bütün bunlara görə dövlətimizin başçısına və Mehriban xanım Əliyevaya minnətdarlığımızı bildiririk".
Rayon sakini Sahib Qafarov isə ilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsinin əhəmiyyətinə toxunaraq deyib: "Təsəvvür edin ki, Oyunlar başlayan kimi hər gün yüzlərlə telekanal, minlərlə mətbuat nümayəndəsi, qəzet və jurnallar işini Bakı xəbərləri ilə başlayacaq. Beləliklə, onsuz da dünyada böyük nüfuz sahibi olan Azərbaycan beynəlxalq aləmdə daha çox təbliğ ediləcək və daha çox tanınacaq. Bu, böyük nailiyyətdir, daha doğrusu, Prezident İlham Əliyevin böyük qələbəsidir. Buna görə Prezidentimizə rayon gəncləri adından “Çox sağ olun!” deyirik".
Birinci Avropa Oyunlarının məşəlindən götürülən alov buradan Sabirabad rayonuna yola salınıb.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |