Güləşçilərimiz Rioya ilk vəsiqələri sentyabrda qazana bilərlər
XXXI Yay Olimpiya Oyunları 5-21 avqust 2016-cı ildə Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək. Stadium.Az xəbər verir ki, Olimpiya Oyunlarında güləşçilər hər növ üzrə 6 çəki dərəcəsində mübarizə aparacaqlar.
Sərbəst güləş: 57, 65, 74, 86, 97, 125
Yunan-Roma güləşi: 59, 66, 75, 85, 98, 130
Qadın güləşi: 48, 53, 58, 63, 69, 75
Ümumilikdə, 18 çəki dərəcəsində sərbəst və yunan-Roma güləşinin hər biri üzrə 114, qadın güləşi üzrə isə 108 idmançı Olimpiya qızılı uğrunda mübarizə aparacaq.
Güləş idman növündə Yay Olimpiya Oyunlarına ilk vəsiqələr isə, 7-12 sentyabrda ABŞ-ın Las Veqas şəhərində keçiriləcək Dünya çempionatında qazanılacaq. Dünya çempionatında Olimpiadada iştirakı nəzərdə tutulan hər çəki dərəcəsində ilk beşlikdə qərarlaşan güləşçilər Rioya vəsiqəni təmin etmiş olacaq.
İlk cəhddə vəsiqə qazana bilməyən ölkələr və idmançıların qitə və dünya təsnifat turnirlərində mübarizə aparmaq şansı olacaq. Azərbaycan güləşçiləri üçün bu yarışlar 2016-cı ilin 15-17 aprelində Serbiyanın Zrenyanin şəhərində keçiriləcək Avropa təsnifat turniri, 22-24 apreldə Monqolustanın Ulan Bator şəhərində keçiriləcək birinci Dünya təsnifat turniri və 6-8 mayda Türkiyənin İstanbul şəhərində keçiriləcək sonuncu Dünya təsnifat turniri olacaq.
Yığma komandalarımızın qarşısında duran məqsəd, maksimum sayda vəsiqə qazanıb növbəti Olimpiya Oyunlarında da ölkəmizi layiqincə təmsil etməkdir. Xatırladaq ki, müstəqil Azərbaycanın güləş yığma komandası indiyə qədər qatıldığı Olimpiya Oyunlarında ümumilikdə 14 medal qazanıb. Bu medallardan 4-ünün əyarı qızıldır. Olimpiya medallarından 5-i gümüş, 5-i isə bürünc əyarlıdır.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |