İdman Azərbaycan və AzTV Azərbaycan xalqını aldadır
"Bakı2015" Avropa Oyunları tam sürətlə davam edir. Tarixdə ilk dəfə keçirilən Avropa Oyunları bütün dünyanın kütləvi media orqanları və televiziyalarında diqqət mərkəzindədir. Avropanın bir sıra öndə gedən idman kanalları Bakıdan saatlarla canlı yayım nümayiş etdirir. Ölkəmizdə də yayım hüququ "Azərbaycan Televiziyası" və "İdman Azərbaycan" kanalındadır. Gündəlik 20 saatdan çox canlı yayımla çıxış edən kanal, bütün idman növləri üzrə fasilələrlə izləyicilərin görüşünə gəlir. Maraqlı məqamlardan biri budur ki, hər iki kanalda istənilən idman növü üzrə yarışlarda Ermənistanı təmsil edən idmançıların çıxışları zamanı reklamlar başlayır. Daha çox yunan-roma güləşi yarışlarında çıxış edən ermənilər, bir neçə dəfə ölkəmizi təmsil edən güləşçilərlə də qarşılaşmalı oldu. 85 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Saman Təhmasibi elə ilk görüşdəcə erməni idmançıya biyabırçı hesabla məğlub oldu. Həsən Əliyev də yarım-finalda erməniyə uduzdu. "İdman Azərbaycan" kanalının şərhçiləri idmançılarımızın rəqibləri müəyyənləşməmişdən əvvəl onlar haqqında məlumatlar verirlər. Lakin erməni idmançılarla görüşlərimiz haqqda heç bir məlumat verilmir. Halbuki Həsən Əliyevin 1/4 final mərhələsindəki görüşü canlı yayımlandı, şərhçi bu barədə məlumatlar verdi. Yarımfinal mərhələsində Həsən Əliyev - Miqran Arturunyan görüşü başlayarkən reklam fasiləsi başladı. Görüşü "Bakı2015"in rəsmi "YouTube" kanalında olan canlı yayımdan izlədik. Həsən Əliyev uduzdu, reklamlar başa çatdı, "Heydər Əliyev adına İdman Konsert kompleksi"ndən canlı yayım davam edir. Lakin Həsən Əliyev haqqda heç bir məlumat yoxdur. Yaxşı, bəs, bayaqdan axı Həsən Əliyev adlı idmançımız yarım finala vəsiqə qazanmışdı? Necə oldu o? Hara getdi? Xoxan apardı? Yoxsa durduğu yerdə yoxa çıxdı, göydən gələnlər qaçırdı? Yəni yayım hüququ olan tv bu qədər acizdi? Bu qədər cılızlığa gedir? Yoxsa yuxarıdan tapşırıq belədir?! Tapşırıq belədirsə bəs Avropa Oyunları sülhün rəmzidir çağırışların kim yedi onda? Bizə erməni idmançının görüşü yox, özümüzünkünün qarşılaşması lazımdır. Qələbəsinə sevindiklərimizlə yanaşı, məğlub olanları da görmək istəyirik. Əl çəkin bu cılız işlərdən. Obyektivliyi qoruyun. Hər kəs internet üzərindən yarışları izləmək imkanına malik deyil. Televiziya vasitəsi ilə səbirsizliklə yarımfinal gözləyən xalq, Həsən Əliyevin yoxa çıxdığına şahidlik etdi. Halbuki, Əliyev mübarizəni erməni idmançısı ilə qarşılaşmada dayandırdı. Dünən, yarışların ikinci günündə Elman Muxtarov yunan-roma güləşi üzrə bürünc medal görüşünə çıxmalı idi. Rəqib erməni güləşçisi Roman Amoyan idi. Görüş başlayarkən yayım kəsildi, yenə internetdən izləməli olduq. İdmançımız Elman Muxtarov rəqibini darmadağın etdi 9-1. Görüş başa çatdı, kanalın efirində həmin görüşün təkrarı yayımlandı. Bu görüşün təkrar olmasını biz bildik. Bəs evində internet olmayanlar necə?! Xalqın hisləriylə oynamayın!
Stadium.Az
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |