Mxitaryanın Dağlıq Qarabağa səfərinin sensasion təfərrüatı
Dortmundun “Borussiya” klubunun erməni əsilli futbolçusu Henrik Mxitaryanın Dağlıq Qarabağa səfərlərinin məqsədi bəlli olub.
Stadium.az xəbər verir ki, Rusiyanın sports.ru saytında erməni jurnalist Ararat Mamberyanın yazısından məlum olub ki, Mxitaryan 2009-2012-ci illər aralığında, hələ Ukraynanın “Şaxtyor” klubunda çıxış edərkən Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinə, Xankəndi şəhərinə dəfələrlə qanunsuz səfərə gedib.
Erməni jurnalist yazıb ki, səfər xeyriyyə məqsədi ilə həyata keçirilib. “Artsaxda (Dağlıq Qarabağda – red.) olarkən Mxitaryan hər dəfə erməni ailələrinə soyuducu, paltaryuyan maşın, televizor hədiyyə edib. Həmçinin Henrix bölgələdə futbolun populyarlaşmasına dəstək olub”.
Yazıdan aydın olur ki, Dağlıq Qarabağın separatçı rejiminin rəhbəri Bako Saakyan bölgədə futbola verdiyi dəstəyə və həyata keçirdiyi xeyriyyə aksiyasına görə Henrik Mxitaryana təşəkkür edib və onu “xalq müdafiəçisi” adlanan ordenlə təltif edib.
Qeyd edək ki, Mxitaryan hər dəfə bu yardımları Yeni il ərəfəsində edib. Erməni jurnalistinin bu yazısından o da məlum olub ki, son aksiya zamanı Henrik tərəfindən Azərbaycan torpaqlarının işğalında rol oynayan hərbçilərin ailələrinə də yardım edilib.
“Növbəti aksiya zamanı Artsaxın (Dağlıq Qarabağın – red.) işğaldan azad olunmasında (?) iştirak etmiş hərbçilərin ailələrinə yardım göstərilib. 21 ailəyəyə məişət avadanlıqları təqdim olunub. Mxitaryan onlara öz avtoqrafı ilə top da hədiyyə edib. Ümumiyyətlə, ulduz futbolçular üçün öz vətəninə kömək etmək normal haldır” – deyə yazıda qeyd olunub.
Beləliklə, erməni jurnalistin yazısında da təsdiq olunur ki, Mxitaryan Qarabağ müharibəsi zamanı Azərbaycan ordusuna qarşı döyüşən erməni ailələrinə dəfələrlə yardım edib. Bundan başqa, onun bu səfərlər zamanı Dağlıq Qarabağın separatçı rejiminə maddi dəstək verməsini də istisna etmək olmaz. Çünki bu günə qədər separatçı rejimin dünyada məşhur və varlı olan ermənilərdən maddi dəstək aldığı kimsəyə sirr deyil.
Yəri gəlmişkən, bu qanunsuz hərəkətinə görə Mxitaryanın Azərbaycan dövləti tərəfindən arzuolunmaz şəxs elan edildiyi və onun “Qəbələ” ilə oyun zamanı ölkəmizə buraxılmayacağı bildirilir.qol.az
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |