Cüdoçular Füzuli Ələkbərovdan Prezident İlham Əliyevə şikayət etdilər
Cüdo üzrə gənclər millimizin üzvləri onlara yaradılan şərait və göstərilən diqqətdən narazıdırlar. Cüdoçular etiraz əlaməti olaraq, avqustun 17-də etiraz aksiyası da keçirmişdilər. Buna səbəb cüdoçulara əziyyətlərinin qarşılığında lazımı diqqətin ayrılmaması idi. Bundan əlavə, cüdoçular beynəlxalq yarışlarda iştirak etmək üçün heç bir dəstək görmədiklərini də bildirirdilər.
Stadium.az xəbər verir ki, aksiya keçirən cüdoçular bildirmişdilər ki, Azərbaycan Cüdo Federasiyadan idmançılara Dünya və Avropa birinciliklərinə aparılmayacaqları söylənilib. Onlara "Pul yoxdur, gedin nə istəyirsinizsə, onu da edin” deyə cavab verilib. Buna etiraz edən cüdoçular lazımi tədbirlər görülməyəcəyi təqdirdə, ölkə başçısına müraciət edəcəklərini açıqlamışdılar.
Cüdoçular etirazlarına cavab verilmədiyindən Prezident İlham Əliyevə müraciət ediblər
Ölkə başçısına ünvanlanan müraciətdə cüdoçular qarşılaşdıqları problemləri qeyd ediblər. Onlar cüdo idman növündə əldə edilən uğurları prezidentin diqqətinə çatdırıblar. Cüdoçular son illərdə gördükləri münasibətin nəticəsi olaraq, uğursuzluğa düçar olduqlarını və çıxış yolu olaraq, ölkə başçısından dəstək gözlədiklərini qeyd ediblər.
Müraciət cüdo idman növündə nailiyyəti olan 25 idmançı tərəfindən imzalanıb.
Xatırladaq ki, Bakıda keçirilən I Avropa Oyunları zamanı 18 cüdoçumuzdan yalnız 1 nəfər mükafata layiq yer tuta bilmişdi.
Qeyd edək ki, federasiyanın prezidenti keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovdur. (Musavat.com)
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |