Uinston Parks: "Bundan sonra penaltini özüm vuracam" - MÜSAHİBƏ
"Bakı"nın hücumçusu Uniston Parksın müsahibəsi:
- Neçə tur idi ki, qol vurmurdum. Bu, məni də narahat edirdi. Ancaq bilirdim ki, bir qol vurandan sonra davamı gələcək. Tovuzda bizi ağır oyun gözləyirdi. Baş məşqçi oyundan qabaq «Turan»ın evdə rəqiblərinə güclü müqavimət göstərdiyini demişdi. Hər şey onun dediyi kimi oldu. «Turan» xal qazanmaq istəyirdi, biz onlara bu imkanı vermədik. Qələbə qazanmağımızda, sevinirəm ki, mənim də payım oldu. Bu günü çoxdan gözləyirdim.
- Yeni klubuna keçdiyin ilk həftələrdə adaptasiya üçün vaxt lazım gələcəyini demişdin. «İnter»lə matçdan sonra da həmin sözü təkrarladın. İndi necə, uyğunlaşma prosesi keçib?
- Bu, birdən-birə olmur. «Bakı»nın oyun üslubu mənim üçün yeni idi. Starkov bizdən onun tələb etdiyi kimi oynamağımızı istəyir. Mən də indi-indi komandaya uyğunlaşıram. Artıq xeyli irəliləyiş var. Bir-iki həftəyə əsl Parksı görəcəksiz. Bir qol vurmalıydım ki, özünəinamım artsın. Tovuz mənə düşərli olacaq. Gələn turların hər birində fərqlənmək üçün lazım olanı edəcəm. Baş məşqçimiz də, rəhbərliyimiz də geridə qalan müddətdə mənə istədiyimi dəstəyi verim. Onları yalnız vuracağım qolla sevindirə bilərəm. Axı mən bunu da söz vermişəm.
- Keçən turlarda da qol vurmağa yaxın idin…
- Xatırlamıram, hansını deyirsiz?
- Məsələn, «Kəpəz»lə qarşılaşmanın ilk hissəsindəki epizod.
- Hə, bircə o olub. Mən hücumçuyam, ancaq qol vurmaq üçün ötürmə almalıyam. Əvvəlki oyunlarda belə şansım o qədər də yox idi. Çünki təzə gəlmişdim, futbolçuların çoxunu tanımırdım, necə oynadıqlarını bilmirdim. Onlar da həmçinin mənə bələd deyildilər. Bəzən meydanda bir-birimizi başa düşmürdük, anlaşılmazlıq yaranırdı. Bu çatışmazlıqlar gələn turlarda təkrarlanmayacaq.
- Keçmiş klubunda oyunu əsasən sənin üzərində qururdular. Starkovun da belə etməsi yaxşı olmazdı?
- Baş məşqçinin işinə qarışaram, əgər sizin bu suala cavab verməli olsam. Starkov təcrübəli mütəxəssisdir və hansı rəqibə qarşı necə oynamaq lazım gəldiyini yaxşı bilir. Bizim ona nəsə deməyimiz artıqdır. O, eyni taktikadan istifadə etmir. Hər rəqibə uyğun taktika qurur. Heç kim deyə bilməz ki, növbəti oyunda Tovuzdakı taktikanı seçəcəyik. Baş məşqçimiz nə desə, onu da edəcəyik.
- Vobayla duetin Maris Verpakovskidən yaxşı alınırdı. Səncə, onunla nə alınmır?
- Maris də mənim kimi təzə gəlib. Düzdür, Vobayla oyunumuz yaxşı alınırdı, burda da düzələcək. «Bakı»da Soliç kimi əla yarımmüdafiəçi var. Onunla və Juniorla anlaşmaq rahatdır. Çünki artıq bilirik ki, top bizdə olanda kim nə edəcək.
- Növbəti penalti epizodu Tovuzda qaçırıldı. Bu, həyacan hissini boğa bilməməkdən irəli gəlir?
- Futbolda bu kimi şeylər tez-tez olur. Penaltini qaçırandan sonra bir anlıq pis oldum, ancaq ruhdan düşmədim. Gələn dəfədən penaltini özüm vuracam. Zərbə nöqtəsinə yaxınlaşanda məndə qətiyyən həyacan yaranmır. Bu cür kritik vəziyyətləri çox görmüşəm.
- Ardıcıl iki turdur ki, qalib gəlirsiz. «Bakı»nın artıq uğursuzluq zolağından çıxdığını demək olar?
- Keçən tur «Rəvan»ı 11 nəfərlə 3:0 udurduq. Rəqib azlıqda qalandan sonra iki top buraxdıq. Hər oyundan nəticə çıxarılası məqamlar var. Komandamızın gücü hamıya bəllidir. Yeni yığılan kollektivlərdə adətən işlər əvvəlcə yaxşı getmir. «Bakı»da da belədir. Görürsüz ki, hər keçən turda oyunumuzu bir az da yaxşılaşdırırıq. Hazırda liderlər qrupundayıq və bizə lazımdır ki, bu tempi artıra-artıra gedək.
- Julis Vobay bir müddətdir ki, «XL»nın əvəzedici heyətinə göndərilib. Onun da «Bakı»ya keçəcəyi ilə bağlı xəbərlər mətbuatda yayılıb. Keçmiş komanda yoldaşınla yenidən bir yerdə olmaq istərdin?
- Vobay «Bakı»ya keçsə, yaxşı olar. Komandamıza köməyi dəyər.
- O, səninlə bu barədə söhbət edib?
- Sizə elə gəlir ki, bizim münasibətimiz çox yaxın olub. Belə deyil. Vobayla altı ay bir komandada oynamışam. «Bakı»ya keçəndən sonra onunla əlaqəmiz kəsilib. Məndən «Bakı» haqda soruşsaydı, Vobaya ən yaxşı sözləri deyərdim. O, səviyyəli futbolçudu.
- Rəhbərlik Jabanın geri qaytarılmasına qərar verib. Növbəti turlarda braziliyalı hücumçu da sizinlə birgə meydançaya çıxa bilər.
- Onun geri qayıtmasından xəbərim var. Hələ ki bizimlə məşqə çıxmayıb. Bir yerdə oynasaq, şad olarım. Mən «Bakı»ya gəlməmişdən bilirdim ki, Jaba necə səviyyəli futbolçudu. Komandaya çox köməyi dəyib. Hər birimizin öz üstünlüyümüz var. İnanıram ki, Jabayla hücum xəttində əla anlaşarıq.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |