Musa Süleymanov hər şeyi təkzib etdi
Mətbuatda son günlərdə “Turan”la bağlı müxtəlif xəbərlər yayılmaqdadır Stadium.az xəbər verir ki, bəziləri “Turan”da maliyyə problemlərinin olduğunu, bəziləri komandada maaşların verilmədiyini, bəziləri isə Əsgər Abdullayevin komandadan uzaqlaşdığını yazırlar. Bir çox təzadlı fikirlərlə bağlı isə “Turan”dan heç bir rəsmi mövqe olmayıb. İstənilən halda orada nə baş verdiyini klub rəhbərliyi daha dəqiq bilir. Ona görə də bütün bu məsələlərlə əlaqədar olaraq “Turan”ın prezidenti Musa Süleymanovla əlaqə saxladıq. Süleymanov açıqlamasında bunları dedi: “Arada gəzən bəzi məlumatlara aydınlıq gətirmək istəyirəm. Birinci demək istəyirəm ki, hansısa futbolçu deyirsə, “Musa müəllim deyir AFFA-dan pul söz veriblər, verməsələr oynamayacaq komanda” bu kimi fikirlər tam absurddu. Boş-boş, mənasız fikirlərdi. AFFA bank deyil, pul paylayan deyil, ola bilsin ki, hardasa, uşaq futboluna falan xırda-xırda köməklik edə bilər, amma ümumilikdə klubun saxlanılmasına heç bir köməklik eləmir. Biz də heç vaxt AFFA-ya ümidli olmamışıq, heç vaxt da pul istəməmişik. Klub özəl klubdu. Əgər “Turan”ı götürən varsa, o da saxlamalıdı. Sadəcə, hər şey güc müqabilində olmalıdı. Maliyyə məsələsi zəifləyə də bilər, arta da bilər. Bu, təbii bir şeydi. Amma klubda baş verənlər təkcə vəsaitlə bağlı deyil. Başqa məsələlər də var. Bəzi oyunçuların çox artıq pul istəmələri problem yaradır. Bütün futbolçulara demişik ki, əgər artıq pul istəyirsinizsə, oynayın özünüzü göstərin, artıq pul verək. Gözlədik heç biri oynaya bilmədi. Özlərini doğrulda bilmədilər. Amma iddiiaları böyükdü. Bu gün aydın oldu ki, onların söylədikləri fikirlərin heç bir əsası yoxdu. Əsl oynayanlar qıraqda qalıb heç nə danışmırlar, oynamayanlar komandada spekulyasiyayla məşquldular. Müxtəlif söz-söhbətlər yayırlar. Oynamayacağıq, bilmirəm neynəyəcəyik. Heç oynamayın! “Turan”ın heç vaxt futbolçu baxımından problemi olmayıb. Biz bir çox kublara icarəyə futbolçu vermişik. Sadəcə fikirləşirəm ki, Əsgər müəllim ürəyiyumşaq insandı, yaxşı insandı, ancaq onun ürəyiyumşaqlığından bəzi insanlar istifadə edib nəysə eləmək istədilər. Mən də Əsgər müəllim gələndən şərait yaratdım ki, qoy istəyi kimi eləsin. İndi özü də görür ki, həmin şəxslər onu aldadırlar, onun etimadını doğrultmurlar. Mən də bilirəm ki, Əsgər müəllim onlara görə mənim qarşımda da xəcalət çəkir. Çünki o demişdi ki, bunlar mənim futbolçularımdı, belə eliyəcəklər, elə eliyəcəklər, onlarsa Əsgər müəllimin etimadını doğrultmadılar. Mən Əsgər müəllimi günahlandırmıram, çunki o da bilmirdi ki, belə olacaq.
Fikiləşirəm ki, qısa bir müddətdə, “Turan”da hər bir şey dəyişəcək, artıq oyunçular ordan uzaqlaşdırılacaq, komanda həmişəki kimi öz oyunçularıyla yolunu davam edəcək. Hamısı maaşlarını, eləcə də mükafatlarını alacaqlar.
Mən ümumilikdə deməzdim ki, komandada maliyyə problemi vardı. Başqa problemlər var, az da olsa maliyyə problemimiz var. Belə bir problemlər hər bir komandada olur. Qısa bir müddətdə hər bir şey yoluna qoyulacaq”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |