Mirhüseyn Seyidov: “Dəli olmamışam ki, “Bakı” rəhbərliyini söyüm” - MÜSAHİBƏ
“Elvinin sözü varsa, zəng edə bilər”
Qalamaqallı “Neftçi” – “Bakı” oyununda yaşananlar hər kəsə məlumdu. Olayların mərkəzində dayanan iki şəxsən biri, həm də zərərçəkən Elvin Əliyev Əliyev bu məsələdə qarşı tərəfi – Mirhüseyn Seyidovu günahlandırır. Miri ilə də elə bu olaylar barədə danışdıq.
“Neftçi”nin oyunçusu Mirhüseyn Seyidovun “Stadium.az”a özəl müsahibəsi:
- Elvin Əliyevlə sənin aranda meydanda yaranan gərginliyin səbəbi nə idi?
- Futbolda belə şeylər olur, mübarizə varsa, gərginlik də olmalıdır. Məni də aldadarlar, keçərlər, görünür, o, bunu qəbul etmir. Məndə heç vaxt olmayıb ki, “mən rəqibi üstələdim”. Ona sözüm onda oldu ki, Nasimov yerdə idi, Elvinə dedim topu vur çölə, o isə bunu etmədi. O da mənə çox kobud cavab verdi. Elvin müsahibəsində deyib ki, nə oldusa meydanda qaldı. Amma mənim üçün elə deyil. Hərənin özünə görə qüruru var. Meydanda elə şey ola bilər ki, o sənə güllə yarasından da pis təsir edər. Axı belə şeylərin üstündən necə keçmək olar?
- Sözündən belə çıxır ki, Elvin Əliyev səni meydanda təhqir edib?
- Əlbəttə, yoxsa mənim onunla nə işim vardı ki. O, yaşından da utanmayıb məni söydü. Düzdü, mən də onu söydüm, amma nəyə görə mən günahkar olmalıyam. Elə oyun gedən zaman danışdıq ki, matç bitəndən sonra onunla “söhbət edəcəyik”.
- Bəs Elvinin döyülməsi?
- Biz klubun avtobusunda artıq stadionu tərk etmək üzrəydik, birdən ara qarışdı. Onu kimlərin vurmasından da xəbərsizəm. Bilmirəm dava zamanı nələr baş verib. Amma klub rəhbərləri də bilir ki, Elvin məni təhqir edib.
- Amma Elvin deyir ki, sən “Bakı” klubunun rəhbərliyini söydüyün üçün, o da bunun qarşılığında səni təhqir edib?
- Mənim ağlım hələ başımdadır. Dəli olmamışam ki, “Bakı” rəhbərliyini söyüm. Axı nəyə görə “Bakı” rəhbərliyinə pis nəysə deməliyəm? Birincisi onlar mənim yerlilərimdir (Naxçıvanlı olduqlarına işarə edir), ikincisədə ki, klub rəhbərlərinin burada nə işi var ki, onlara da nəysə deyək. Belə söhbət olmayıb. Mən Hafiz müəllimi də, Zeynal Müəllimi də çox yaxşı tanıyıram. Hafiz Məmmədovun xeyirxah və ölkədə necə yüksək hörmətə malik insan olduğunu da çox yaxşı bilirəm. Mənim ağlım azmayıb ki, hansısa Elvinə görə onları söyüm. 4 ildi Allaha ibadət edirəm, əgər yalan danışıramsa, deməli, mən bu 4 ili boş yerə ibadət etmişəm. Elvinin dərsini elə meydanda verə bilərdim, amma qırmızı vərəqə alıb komandamı pis vəziyyətdə qoymaq istəmədim. Elvinin dedikləri isə ağılasığmaz bir şeydir. Elvin özünü vəziyyətdən çıxarmaq üçün “Bakı” rəhbərliyini məsələyə qoşdu. Onun rəhbərliyini söymüşdümsə, o da mənim rəhbərimə söyəydi. Hər kəs yalan danışırsa, Allah onu futbol oynamaqdan məhrum etsin. O istəyirdi ki, iki klub rəhbərliyini üz-üzə qoysun.
- “Neftçi”nin bazasında iki klub rəhbərləri bağlı qapılar arxasında nələr danışdılar?
- Elə, olan məsələləri müzakirə etdilər. Mən Qurana əl basaraq and içdim ki, “Bakı” rəhbərliyini söyməmişəm. Mən qardaş-dost dediyim uşaqlar “Bakı”da oynayır. Niyə qardaş dediyim insanın rəhbərini söyməliyəm ki? Bilirsiz mənə nə pis təsir etdi, Elvin də Qurana əl basdı ki, Mən klub rəhbərliyini söymüşəm. Adam belə şeylərə heç inana bilmir.
- Deyilənə görə, Elvini döyənlər sənin qohumların və dostların olub...
- Mənim dostlarım indi mənim yanımdadı (müsahibə zamanı yanımızda olan insanları nəzərdə tutur). Bunlar oyunda heç stadionda da olmayıblar. Mən heç kimə deməmişəm ki, gedib Elvini döysünlər. Qarşılaşma bitdikdə rəhbərliyimə dedim ki, Elvin məni təhqir edib,buna görə oyundan sonra onunla görüşəcəm.
- Bəs Elvin məsələsini bitmiş saymaq olar artıq?
- Mən sərbəstəm, ancaq onun mənə dediklərinə görə narahatam. Bizim yerli oyunçular azdır, Bakı da böyük şəhər deyil. Gərək dalaşanda elə dalaşasan ki, sabah üz-üzə gələndə utanmayasan. Mənim üçün bu söhbət rəhbərlik səviyyəsində elə oyundan sonra bağlandı. Amma özüm Bakıdayam, mobil telefonum da açıqdır, Elvinin sözü varsa, zəng edə bilər. Bir daha deyim ki, Elvinin dediyi rəhbərlik söhbəti yalandı. Mən klubumuzun rəhbəri Sadıq müəllimlə Hafiz müəllimin də yanına gedib, bir böyük kimi ona nə varsa, hamısını danışa bilərəm. Yeri gəlmişkən, saytlarda yazılıb ki, guya mən demişəm Elvin gəlib məndən üzr istəməlidir. Bayaq da dedim, bu söhbət mənim üçün rəhbərlik səviyyəsində bağlanıb. Mən elə söz deməmişəm. Xahiş edirəm, bunları da yazasız!
|
||||||||||||||||||
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |