Millimizin matçı ilə əlaqədar Bakı metrosu gec bağlanacaq
Oktyabrın 10-də Bakıda keçiriləcək Azərbaycan-İtaliya futbol matçı ilə əlaqədar sərnişin sıxlığı olacağı təqdirdə Bakı metrosu gec bağlanacaq.
Stadium.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni” QSC-dən verilən məlumatda bildirilib ki, oyunla əlaqədar ehtiyat qatarların xəttə buraxılması və sərnişin sıxlığı olacağı təqdirdə metronun gec bağlanması nəzərdə tutulur.
Xəbər verdiyimiz kimi, Azərbaycan-İtaliya futbol matçı ərəfəsində azarkeşlərin rahat və maneəsiz şəkildə daşınması üçün xüsusi marşrut avtobusları ayrılıb. Azarkeşlər stadiondan da ekspress avtobuslarla rahat şəkildə qayıda biləcəklər. Şəhərətrafı marşrut xətləri üzrə 40, şəhərdaxili marşrut xətləri üzrə 120 avtobus ayrılıb. Ehtiyac yaranarsa, əlavə ehtiyat 20 avtobus sərnişinlərə xidmət göstərəcək.
"Avro-2016”nın seçmə mərhələsi çərçivəsində Azərbaycan-İtaliya futbol matçı bu gün saat 21-də Bakı Olimpiya Stadionunda keçiriləcək. (AZƏRTAC)
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |