"Qarabağ"ın futbolçusu: "Ermənistanda qələbə xüsusi hiss idi"
AVRO-2016-nın seçmə mərhələsinin son oyununda Ermənistanı 3:0 hesabı ilə məğlub edən Albaniya millisi Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.
Stadium.az xəbər verir ki, albanların heyətində “Qarabağ”ın müdafiəçisi Ansi Aqolli də var. Cəza səbəbindən meydana çıxa bilməyən futbolçu komandasının Fransada keçiriləcək final mərhələsinə getməsinə sevinib. Həmçinin Aqolli Azərbaycan futbol tarixinə düşüb. Belə ki, o ilk futbolçudur ki, ölkəmizdə bir klubda çıxış ed-edə qitə birinciliyinin final mərəhələsinə oynayacaq. "Qafqazinfo"ya müsahibə verən Ansi sevincini dilə gətirib.
- Bu möhtəşəm qələbə idi. Həqiqətən ilk dəfə biz Avropa çempionatının final mərhələsində çıxış edəcəyik. Böyük komandaların qatıldığı belə bir turnirdə oynamaq əla hissdir. Hər bir futbolçu karyerasında belə anların olmasını istəyər. Sevincimin həddi-hüdudu yoxdur. Həqiqətən möhtəşəm oldu.
- Ermənistan üzərindəki 3:0-lıq qələbədən sonra vəsiqəni təmin etdiniz...
- Əvvəlcə həm alban, həm də azərbaycanlı azarkeşlərdən üzr istəyirəm ki, meydana çıxa bilmədim. Amma komanda yoldaşlarım mənim yoxluğumu unutdurdular. Möhtəşəm oyunla böyükhesablı qələbə qazanıb vəsiqəni təmin etdik. İndi yenidən “Qarabağ”a qayıdıb UEFA-nın qrupundan çıxmaq üçün oynayacağıq.
- Ümumiyyətlə İrəvanda qələbə qazanmaq sənin üçün hər hansı xüsusi önəm daşıyırdı?
- Əlbəttə. Mən “Qarabağ”ın futbolçusuyam və bu klub həyatımın vacib hissələrindən biridir. Mən həmişə demişəm ki, Qarabağ Azərbaycan torpağıdır. İrəvanda qələbə qazanmaq xüsusi idi.
- Səni bu qələbə münasibətilə kimlər təbrik etdi?
- Çox adam təbrik etdi. Komandadan və digər tanıdıqlarım, dostlarım təbrik etdilər. “Qarabağ”dan da təbrik edənlər çox oldu.
- Həm də dünən ad günün idi...
- Bu qələbə ən böyük ad günü təbriki idi. Ad günümdə Ermənistanda qələbə qazanaraq AÇ-nin final mərhələsinə çıxmaq mükəmməl oldu.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |