Qurban Qurbanov: "Oyunun ədalətli nəticəsi heç-heçə idi, ancaq..."
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsində “Monako” ilə keçirilən və 1:1 hesabıyla bitən oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Çox istəyirdik ki, qalib gələk. Rəqibin gücünü bilirdik. Qrupda məğlub olmayıblar. Matçın 10 dəqiqəsini əldən verdik. Futbolçulardan razı qaldım. Onlara heç bir irad bildirmədim. Belə rəqiblə oyunda bir xal qazanmaq asan deyil”.
- Rəqib “Monako” olduğunu görə, belə hesabla təskinlik tapmaq olar?
- Hər qazanılan xala şükür etmişəm. Oyunun ədalətli nəticəsi heç-heçə idi, ancaq meydana qalib gəlmək üçün çıxmışdıq.
- Ötən il də “Qarabağ”ın qrup mərhələsində 4 oyundan sonra 4 xalı var idi. İndiki vəziyyətdə komandanızın qrupdan çıxmaq şansı nə dərəcədədir?
- Qrupa düşəndə məncə, hamı razılaşmışdı ki, 1-2 xal yığsaq, yaxşı nəticədir. Ancaq bu gün qrupdan çıxmaq şansımız var. Gördüyünüz kimi, 4 xal yığmışıq. Bura qədər olan oyunarımızı normal sayıram. Qarşımızdakı rəqibləri düzgün qiymətləndirməliyik. Bundan sonra daha güclü rəqiblər qarşılaşacağıq.
- Buraxılan qol epizodunda İbrahim Şehiçin səhvi olduğunu demək olar? Sanki topu tuta bilərdi.
- Onun oyunundan çox razı qaldım. Oyundan əvvəl necə danışmışdıqsa, elə də hərəkət etdi. Bəlkə də topu tuta bilərdi. Epizoda baxacağıq. Həmin vəziyyətdə də komandanı qoldan xilas etsəydi, matçın qəhrəmanı olardı.
- “Qarabağ”ın uzaqdan zərbələri demək olar ki, olmadı. Bunu özünüz futbolçulara tapşırmışdınız?
- Rəqibi də düşünmək lazımdır. Buna imkan vermədilər. Bir neçə epizodumuz oldu. Avropada rəqibə top vurmağa imkan vermirlər. Əsasən belə epizodlarda diqqətli olurlar.
- İki əvəzləmədən istifadə etdiniz, biri qaldı. Bu, o deməkdir ki, “Qarabağ” ehtiyat oyunçuları kifayət qədər deyil?
- Belə oyunda daha çox hücuma üstünlük verməliydik. Sona 10 dəqiqə qalmış bir əvəzləmə də etsəydik, yaxşı olardı. Yəni əlavə 1-2 hücumçumuz da olsa, işimiz asan olardı.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |