Ifran İsmayılov Foqtsdan nəyi umur?
"Qarabağ"ın yarımmüdafiəçisi Əfran İsmayılovun müsahibəsi:
- Əfran, zədən indi necədi?
- Şükür Allaha, hər şey yaxşıya doğru dəyişir. Hələlik məşqlərdə iştirak etməsəm də, özümü yaxşı hiss edirəm. Ayağımda heç bir ağrı yoxdu. Tezliklə oynaya biləcəyimi düşünürəm.
- Flavinyonun açıqlaması ilə tanışsan?
- Xeyr. Nə deyib ki?
- O, növbəti dəfə zədələnəcəyi təqdirdə Azərbaycan tərk edəcəyini deyib.
- Mən onun açıqlamasına bir söz deyə bilmərəm. Bu, onun öz fikridi.
- Ötən il sən də ağır zədə almışdın. Bəs sən niyə Azərbaycanı tərk etmək fikrinə düşməmişdin?
- Çünki mən Azərbaycanı sevirəm.
- Flavinyo pulu sevir?
- Mən bu məsələyə qarışmaq istəmirəm. O, nə deyib, özü bilər.
- Verdiyin müsahibədə «niyə legionerlərə üstünlük verən klublar Avropa kuboklarında mərhələ adlaya bilmədilər» demişdin. Belə çıxır ki, bizə minnət vururlar…
- Qoy, bu suala Flavinyo cavab versin.
- Əvvəllər səninlə «Qarabağ»da çıxış etmiş Elnur Allahverdiyev isə «Əfran dünənki uşaqdı, Azərbaycan futbolu üçün heç nə etməyib» deyib. Bu sözlərə münasibətin necədi?
- Mən bu mövzuda danışmaq istəmirəm. Elnurla özüm danışacam. Eybi yoxdu, qoy desin, problem deyil.
- Deyəsən, Elnur səni ağır zədələmək istəyirdi...
- Elnur kobud oynayırdı. Bu, onun öz işidi. Belə oynayır da, nə etmək olar.
- Millimizi qarşıda seçmə mərhələnin son oyunları gözləyir. Heyətə dəvət ala biləcəksən?
- İnşallah, dəvət alaram. Çox istərdim ki, yığmanın heyətində olum. Berti Foqtsun Avstriya və Türkiyə komandaları ilə mənə güvənəcəyinə ümid edirəm.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |