MOK-da Sadıq Sadıqovun ad günü qeyd edildi
Milli Olimpiya Komitəsində (MOK) qurumun İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti və "Neftçi" İdman Klubu İctimai Birliyinin sədri Sadıq Sadıqovun 50 illik yubileyi münasibətilə tədbir keçirilib. Stadium.az xəbər verir ki, tədbirə idman ictimaiyyətinin nümayəndələri - tanınmış idmançılar və mütəxəssislər qatılıblar.
Çıxış edən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə yubilyarın və rəhbərlik etdiyi klubun ölkənin idman həyatında, eləcə də olimpiya hərəkatındakı xidmətlərindən danışıb.
O bildirib ki, hələ sovet dövründən fəaliyyət göstərən klub idmanın inkişafına böyük dəstək verib. MOK rəsmisinin fikrincə, idman nailiyyətlərinin böyük hissəsi "Neftçi"nin hesabına olub, bu klub olimpiya, dünya və Avropa çempionları yetişdirib.
MOK-un digər vitse-prezidenti Xəzər İsayev, baş katib Ağacan Abiyev, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Cavanşir Qurbanov, beynəlxalq dərəcəli güləş hakimi Hicran Şərifov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, olimpiya çempionu Namiq Abdullayev, cüdo üzrə Azərbaycan milli komandasının sabiq baş məşqçisi Ağayar Axundzadə "Olimpiya dünyası" qəzetinin baş redaktoru Murad Fərzəliyev S.Sadıqovu peşəkar, hamı ilə dil tapmağı bacaran idarəçi kimi dəyərləndiriblər. Onlar yubilyarın hələ "Neftçi" futbol klubunun prezidenti olduğu vaxt 3 dəfə ölkə çempionluğu, 2 dəfə kubok, eləcə də Avropa Liqasının qrup mərhələsinə vəsiqə sevinci yaşadığını bildiriblər. Natiqlər öz xatirələrini bölüşüb, onu təbrik edərək, uzun ömür, fəaliyyətində uğurlar arzulayıblar.
Sonda S.Sadıqova MOK və idman ictimaiyyətinin hədiyyələri təqdim olunub. Öz növbəsində, yubilyar yüksək təşkilatçılığa görə minnətdarlığını bildirib, bundan sonra da ölkə idmanının uğurları naminə fəaliyyətini davam etdirəcəyini vurğulayıb.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |