“Qızıl Qran-pri” turnirində 41 ölkədən 450 idmançı iştirak edəcək
Noyabrın 27-dən 29-dək Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran-pri” beynəlxalq turnirinin final mərhələsi baş tutacaq. Bakı İdman Sarayında keçiriləcək və turnirdə 41 ölkədən dünyanın 450-yə yaxın ən güclü pəhləvanları mübarizə aparacaq.
Proqrama əsasən, yarışların ilk günündə sərbəst güləşçilər mübarizə aparacaq. Noyabrın 28-də qadın, 29-da isə yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək.
Sərbəst güləşçilərin yarışında 21 güləşçimiz mübarizə aparacaq. Ölkəmizi Mahir Əmiraslanov, Yaşar Əliyev, Ruslan Qasımov, Pərviz İbrahimov (hamısı 57 kq), Hacı Əliyev, Əhmədnəbi Qvarzatilov, Qalib Əliyev (hamısı 61 kq), Məhəmməd Müslümov, Teymur Məmmədov, Ağahüseyn Mustafayev (hamısı 65 kq), Toğrul Əsgərov, Hacımurad Ömərov (hər ikisi 70 kq), Cəbrayıl Həsənov, Əşrəf Əliyev, Murad Süleymanov, Məhəmmədhacı Muxutov (hamısı 74 kq), Nurməhəmməd Hacıyev, Aleksandr Qostiyev (hər ikisi 86 kq), Şərif Şərifov, Aslanbek Alborov (hər ikisi 97 kq) və Cəmaləddin Məhəmmədov təmsil edəcək.
Qadın güləşçilərin mübarizəsində komandamız 13 idmançı ilə iştirak edəcək. Şəfəq Muradzadə (48 kq), Anjela Doroqan, Solmaz Həşimzadə (hər ikisi 53 kq), Nataliya Sinişin, Alyona Kolesnik, Almaz İsmayılova (hamısı 55 kq), Yuliya Ratkeviç (58 kq), İrina Netreba (60 kq), Raqnetta Qurbanzadə, Elmira Qəmbərova (hər ikisi 63 kq), Elis Manolova, Gözəl Zutova (hər ikisi 69 kq) və Səbirə Əliyeva (75 kq) qüvvələrini sınayacaq.
Turnirin son günündə isə yunan-Roma güləşi üzrə 24 pəhləvanımız xalça üzərinə çıxacaq. Heyətdə Taleh Məmmədov, Elman Muxtarov, Murad Məmmədov, Eldəniz Əzizli (hamısı 59 kq), Həsən Əliyev, Kamran Məmmədov, Azad Əliyev, Ruhin Mikayılov (hamısı 66 kq), Rüstəm Əliyev, İlkin Əsgərov (hər ikisi 71 kq), Elvin Mürsəliyev, Əmrah Mazanov, Şəmistan Quluzadə (hamısı 75 kq), Rafiq Hüseynov, Emin Əhmədov (hər ikisi 80 kq), İslam Abbasov, Soltan İsmayılov, Tural Daşdəmirov, Şəhriyar Məmmədov (hamısı 85 kq), Saman Təhmasibi, Orxan Nuriyev, Şalva Qadabadze (hamısı 98 kq), Sabah Şəriəti və Oyan Nəzəriani (hər ikisi 130 kq) yer alacaq.
İlk görüşlər hər gün saat 10:00-da, final qarşılaşmaları saat 17:00-da başlayacaq. Turnirin rəsmi açılış mərasimi noyabrın 27-də saat 17:00-da baş tutacaq. Sayca səkkizinci dəfə keçiriləcək yarış “İdman Azərbaycan” kanalı vasitəsilə canlı yayımlanacaq.
Dünya Güləş Birliyi nümayəndələri, rəsmi qonaqlar və turnir iştirakçıları noyabrın 27-də saat 13:00-da Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad edəcək.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |