“Olimpiya hərəkatı” adlı yeni idman proqramı start götürür FOTO
Beynəlxalq Olimpiya Komitəsinin və Olimpiya Oyunlarının ümumdünya partnyoru olan “Coca-Cola” şirkəti Azərbaycan Milli Olimpiya Komitəsi (MOK), Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin birgə tərəfdaşlığı ilə “Olimpiya hərəkatı” adlı yeni idman proqramı icra ediləcək.
MOK-un mətbuat xidmətindən azərtac-a bildiriblər ki, proqramın əsas məqsədi “Bakı-2015” ilk Avropa Oyunlarının sosial və idman irsini davam etdirərək şagirdləri yüngül atletika, veloidman, basketbol 3x3 və badminton üzrə keçiriləcək məktəb və şəhər yarışlarına cəlb etməkdir. Həmçinin şagirdlərə sağlam və fəal həyat tərzini, Olimpiya dəyərlərini təşviq etməkdən ibarətdir. “Olimpiya hərəkatı” proqramı uşaqları müntəzəm şəkildə fiziki fəaliyyətə cəlb etməklə onların valideynlərinin də aktivliyinin artırılmasına xidmət edir.
İlk dəfə 2003-cü ildə Niderlandda həyata keçirilmiş “Olimpiya hərəkatı” proqramı genişlənərək digər ölkələri əhatə edib. Azərbaycan “Olimpiya hərəkatı” proqramının icra olunduğu beşinci ölkədir. Proqramın əsas hədəf qrupu Bakının 400-dək orta ümumtəhsil məktəbində təhsil alan 12-16 yaşlı şagirdlərdir. “Olimpiya hərəkatı”nın icrasını müvafiq idman növləri üzrə fəaliyyət göstərən milli idman federasiyaları da dəstəkləyir. Məktəbdaxili yarışlarla başlayan proqram Bakının rayonları üzrə davam edəcək və gələn ilin əvvəlində “Bakı-2015”in yarış obyektlərindən birində təşkil olunacaq final və idman festivalı ilə başa çatacaq.
Proqramın xüsusi hazırlanmış “Facebook”, “Instagram” və “YouTube” səhifələrində onun icrası, həmçinin məktəblilər arasında idman, sağlam və fəal həyat tərzi təşviq ediləcək.
“Olimpiya hərəkatı” və məktəblilərin Bakı birinciliyi haqqında ətraflı məlumat dekabrın ortalarında Milli Olimpiya Komitəsinin inzibati binasında təşkil ediləcək geniş mətbuat konfransında açıqlanacaq.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |