"4 il öncə Azərbaycan çempionatı daha güclü idi"
"Qəbələ"nin sabiq yarımmüdafiəçisi Veselko Trivunoviç müsahibə verib. O, keçmiş klubunun çıxışı ilə bağlı fikirlərini bölüşüb:
"Qəbələ"nin Avropa Liqasındakı çıxışını izləyirəm. Onların "Çukariçki" və PAOK-la ev oyunlarına baxmışam. Dortmund "Borussiya"sı ilə səfər oyunlarını da canlı izlədim. Komanda bu görüşlərdə çox yaxşı təsir bağışladı. PAOK-la oyunda bəxtləri gətirmədi. Çox təəssüf ki, bəzi oyunlarda fortuna "Qəbələ"nin yanında olmadı".
"Qəbələ" yaxşı futbol sərgiləyir. Məşqçi və futbolçu heyəti çox güclüdür. Mənə sadəcə, o çatmadı ki, komanda ev oyunlarını niyə Qəbələdə yox, Bakıda keçirdi. Məgər öz stadionları yoxdur ki"?
"Mən "Qəbələ"də oynayanda da komandanın güclü heyəti var idi. Onlar o vaxt da Azərbaycanı Avropada təmsil edəcək gücdə idilər. Amma niyə buna nail ola bilmirdilər, anlamıram. Baş məşqçi də güclü idi. Komanda o dərəcədə yaxşı çıxış edirdi ki, hətta məni Serbiya yığmasının Rusiya ilə matçına da çağırmışdılar".
Amma Trivunoviç Premyer Liqamızın əvvəlki dövrlərlə müqayisədə zəiflədiyini iddia edir: "Mənə elə gəlir ki, dörd il öncə Azərbaycan Premyer Liqası daha güclü idi, nəinki indi. O vaxt mübarizə aparmaq, titul qazanmaq daha çətin idi. Amma indi... "Xəzər Lənkəran"la "Neftçi"yə nə olub? Turnir cədvəlinə baxanda onları heç ilk dördlükdə də görə bilmirəm".
"Qəbələ"də keçirdiyim günləri unuda bilmirəm. Orada çox yaxşı günlərim, oyunlarım olub. İndi Serbiya birinci divizionunda çıxış edən "Balça" klubundayam. Əlbəttə, "Qəbələ"də oynamaq tamamilə fərqliydi. Məhz orada mən legioner həyatı yaşamışam. Keçmiş komandamın çıxışı ilə indi də maraqlanıram. Çünki bu klub mənim ürəyimdə xüsusi yer tutur". azerisport
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |