Azərbaycan çempionatı başa çatdı
Respublika Şahmat Mərkəzində keçirilən kişilər arasında Azərbaycan çempionatının birinci dəstəsində yarışlar yekunlaşıb.
Stadium.az xəbər verir ki, yarışda 2014-cü ildə birinci dəstənin 5, Bakı çempionatının 5, seçmə yarışın 3, kişilər arasında beynəlxalq əmsalı 2200-dən az olmayan şahmatçılar, yeniyetmələr arasında Azərbaycan birinciliyinin qalibləri (14, 16, 18 və 20 yaş), dünya və Avropa çempionatlarının medalçıları (12-20 yaş), uşaq olimpiadasının 3 qalibi mübarizə aparır.
Ölkə çempionatında, həmçinin qadınlar arasında beynəlxalq qrossmeyster, beynəlxalq usta və FİDE ustaları və beynəlxalq əmsalı 2000-dən az olmayan idmançılar iştirak hüququ qazanıblar.
Sonuncu turda Əhməd Əhmədzadə Çingiz Rzayevi, Rəşad Zeynallı isə Fariz Əhmədovu məğlub edərək xallarının sayını 6,5-ə çatdırıblar. Andrey Mustafin və Elvin Bayramov isə heç-heçə edərək hərəyə 6 xal toplayıblar.
Beləliklə, Əhməd Əhmədzadə və Rəşad Zeynallı 1-2-ci yerləri bölüşdürüblər. Əhməd Əhmədzadə əlavə göstəricilərə görə, yarışın qalibi adını qazanıb. Elvin Bayramov və Andrey Mustafin isə 3-4-cü yerləri bölüşdürüblər. Elvin Bayramov əlavə göstəricilərə üçüncü yerin sahibi olub. Fərid Aslanov isə 5,5 xalla beşinci yerdə qərarlaşıb.
İsveçrə sistemi üzrə 9 turdan ibarət olaraq keçirilən çempionatda ilk üç yeri tutan şahmatçılar gələn il Azərbaycan çempionatının yüksək dəstəsində oynamaq hüququ qazanıblar.
Qeyd edək ki, çempionatın qalibi Əhməd Əhmədzadə əməkdar məşqçi Anar Allahverdiyevin yetirməsidir.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |