Bakı Qran Prisinin biletləri satışa çıxır
Bakı Şəhər Halqası (BŞH) dekabr ayının 19-da yarış biletlərinin onlayn satışına başlamaqla ilk dəfə baş tutacaq olan 2016 Formula 1 Avropa Qran Prisinə gedən yolda daha bir mərhələyə yekun vuracaq.
Stadium.az xəbər verir ki, bilet satışının başlanması həmin ərəfədə şəhərdə keçiriləcək möhtəşəm “Son 6 ay” tədbiri ilə eyni günə təsadüf edəcək.
Formula 1 təqviminə ən yeni əlavə olunmuş Bakı mərhələsinin biletlərini, www.bakucitycircuit.com saytı vasitəsilə çox əlamətdar bir gündə - Azərbaycanda ilk dəfə səhnə alan belə bir möhtəşəm yarışa düz son 6 ay qalanda əldə etmək mümkün olacaq.
“Son 6 ay” bayram tədbirləri şəhərin ecazkar Dənizkənarı Bulvar ərazisində canlı musiqi və atəşfəşanlıqla müşayiət olunan əyləncələrlə tam olacaq və gələn il iyun ayında Bakının ən tarixi hissəsindən keçəcək olan F1-in gəlişini ölkə sakinlərinə duyuracaq.
Bu əlamətdar gəlişmə barədə danışarkən, BŞH-nın İcraçı Direktoru Arif Rəhimov, “Bilet satışının başlanğıcı hər bir böyükmiqyaslı idman tədbiri üçün vacib mərhələdir və biz də bu baxımdan istisna deyilik. Heç şübhəsiz ki, bilet satışlarının başlanğıcı və “Son 6 ay” bayramı Bakıda Formula 1-in gəlişi yaxınlaşdıqca daha da artmaqda olan həyəcanı ən yüksək həddə çatdıracaq” - deyə qeyd edib.
2016 Formula Avropa Qran Prisi azarkeşlərə start/finish zolağına mükəmməl mənzərəyə açılan Abşeron tribunasına və eləcə də müxtəlif sərt döngələrin və sürət zolaqlarının yaxınlığında yerləşən digər tribunalara bilet üçün çoxsaylı seçim imkanı təqdim edir. Bundan əlavə, yarışa şəhər halqasının müxtəlif zona və podiumlarından baxmağa imkan verən ayaqüstü biletlər də satışda olacaq.
17-19 iyun həftəsonu ərzində milyonlarla qlobal izləyici kütləsinin gözü önündə Bakı Şəhər Halqasında F1 maşınları UNESCO Dünya İrsinə daxil edilmiş İçəri Şəhərdən keçməklə Bakının müasir göydələnlər və Xəzər sahili zolağında hərəkət edəcək.
Dünyanın ən mükəmməl yarış avtomobili motorlarının səsi Bakını lərzəyə gətirməsinə son 6 ay qalan bir məqamda, Bakı Şəhər Halqasının dünyanın F1 ictimaiyyətinə gur ismarıcı var: Bakı Şəhər Halqası yarışdan daha artıqdır, nə qədər ki, satış bitməyib biletlərinizi almağa tələsin.
Formula 1 Bakı Avropa Qran Prisininin bilet satışı ilə bağlı əlavə məlumatı www.bakucitycircuit.com saytından əldə edə bilərsiniz.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |