Milli komandanın oyunları ilə əlaqədar Premyer Liqada yaranan fasilə zamanı “Xəzər Lənkəran” komandası da istirahətə buraxılan günlərdə Andrey Mureşan və Adrian Pitsdən savayı bütün futbolçular evlərinə yollanmışdılar. Stadium.az xəbər verir ki, komandanın dünən keçirdiyi məşqi zamanı adları çəkilən iki futbolçu ilə bağlı maraqlı bir məlumat əldə etdik. İstirahət günlərində Lənkəranda qalmağa üstünlük verən Mureşan və Pitsdən niyə məhz burada qalmalarının səbəbini soruşarkən, hündür boylu Andrey Mureşan səbəbi göstərmədən bildirib ki, sadəcə belə istəyib. Lakin Pitsin verdiyi cavab həqiqətən də hörmətə layiqli olub: “Düzdür, Bakı böyük şəhərdir, mən də daim böyük şəhərlərdə yaşamışam. Amma bura çox sakitlikdir, həm də Lənkəranın özünəməxsus gözəllikləri var. Lənkəranlılar istiqanlı, eyni zamanda ailəcanlıdırlar. Burada qalıb istirahət etmək mənə də, nişanlıma da xoş gəlir.”
Stadium.az © 2012-2024. Bütün hüquqları qorunur. Texniki dəstək: Netservice.az
Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməlidir.