Stadium.az © 2012-2024. Bütün hüquqları qorunur. Texniki dəstək: Netservice.az
Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməlidir.
"İntihar klubu". Həyatına özləri son qoyan futbolçular
19.01.2016 | 3854 dəfə oxunub
Yanvarın 13-də Kolumbiya millisinin keçmiş qapıçısı Farid Mondraqon intihar etmək qərarına gəldi və böyük dozada sakitləşdirici preparat qəbul etdi. Onun həyatı Kali şəhərində yerləşən xəstəxanada xilas edildi. Amma 44 yaşlı qolkiper "həyatından bezən" ilk futbol adamı deyil.
Stadium.Az analoji addımı atan bəzi futbolçuları təqdim edir.
Deyl Roberts. İngiltərənin perpektivli qapıçılarından hesab olunurdu. Roberts karyerasını "Sunderland"də başlamış, daha sonra "Middlesbrough", "Nottingham Forest" və "Ipswich Town"da çıxış etmişdi. Lakin şəxsüi həyatında olan problemlər gənc qapıçının tamamilə futbola yönəlməsində problemlər yaradırdı. Deylin səbrini daşıran isə nişnalısı Lindi Kounun komanda yoldaşı Pol Terri ilə münasibət qurması oldu. "Nişanlım mənə dedi ki, Polla vaxt keçirirmiş. Baş verənləri beynimdən keçirmək istədim, fikirlərim qarışdı. O, həyatımın sevgisi idi. Onun belə etməis çox pisdir. Bu işi komanda yoldaşımın təşkil etməsini qaldırmaq, xüsusilə çətindir" - Roberts qeyd etmişdi. Polun qardaşı Con Terri də oxşar hadisə ilə gündəmə gəlmişdi. Deyl Roberts 2010-cu il dekabrın 10-də intihar etmişdi.
Castin Faşanu. Castinus Soni kimi tanıan İngiltərə futbolunda kifayət qədər məşhur bir isim olub. Faşanu 1981-ci ildə "Nottingham Forest"ə transfer olunan zaman qiyməti 1 milyon funtdan çox olan ilk qaradərili futbolçu kimi tarixə düşmüşdü. 1990-cı ildə forvard gey olduğunu bildirdi və bunu etiraf edən ilk futbolçu oldu. Bundan sonra karyerasında eniş baş verən Faşanu komanda yoldaşları, məşqçisi və "sarı mətbuat" tərəfindən təzyiqlərə görə 37 yaşında (1998-ci il) həyatına qəsd etdi. 2010-cu ildə Castinin qardaşı qızı Amal Faşanu idmanda homofobiya ilə mübarizə kampaniyasına başladı.
Li Gyun Xvan. 2010-cu ildə Cənubi Koreya futbolunda baş qaldıran qalmaqal insan həyatının itirilməsi ilə nəticələndi. Yerli futbol federasiyası 57 nəfərə qarşı oyun nəticələrini əvvəlcədən müəyyənləşdirmək üzrə ittiham irəli sürdü. Bunlar 46-sı sabiq və hazırki futbolçular, 11-i cinayətkar qrup və bukmeyker kontorlarının üzvü idi. "Daejeon Citizen" klubunda forma geyən Li Hyun Hvan da danışılmış oyunlarda iştirakına görə ömürlük futboldan uzaqlaşdırlmışdı və 3 il şərti həbs cəzası aldı. Buna davam gətirməyən 24 yaşlı yarımmüdafiəçi İnçyon şəhərindəki evinin üstündn özünü aşağı atmışdı. Hvandan əvvəl isə digər futbolçu - Çjon Çon Kvan evində özünü asmışdı.
Anders Birmann. "Saint Pauli"nin futbolçusu uzunmüddətli depressiya ilə bacara bilmədi. Həmkarı Robert Enkenin ölümündən sonra Birmann eyni problemləri yaşadığını qeyd etmiş və "Depressiyanın qırmızı vərəqəsi" adlı kitabın üzərində işləməyə başlamışdı. Bu kitab Almaniyada maraqla qarşılanmışdı. 1980-ci il təvəllüdlü qolkiper depressiya ilə mübarizə aparmaqda acizlik göstərərək 3 uğursuz intihar cəhdi etmişdi. 2014-cü ilin dekabrında isə istəyinə çatdı.
Qari Spid. 2011-ci ildə futbol dünyasının səs-küylü hadisələrindən biri Uels millisinin keçmiş futbolçusunun özünü asması idi. Həmin ilin noyabrında keçmiş futbolçu öz evində ölü vəziyyətdə tapılmışdı. Müəyyən olundu ki, intihara səbəb onun həyat yoldaşı ilə mübahisəsi olub. Spidin həyat yoldaşını təsirləndirmək üçün televizor kabelini boğazına salıb nədrivana çıxdığı və uzun müddət gözlədiyi üçün yuxulayıb müvazinətini itirməsi alternativ variant kimi nəzərdən keçirildi. İstənilən halda, "Leeds", "Everton", "Newcastle United"in eks futbolçusunun ölümü üzrə cinayət işi hələ bağlanmayıb.
Robert Enke. Almaniya millisinin və "Hannover"in sabiq qapıçısı Robert Enkenin intiharı da kifayət qədər rezonans yaratmışdı. 2009-cu ildə özünü qatarın altına atan Enke psixiki pozğunluqdan əziyyət çəkirdi. Onun həyat yoldaşı Terezanın sözlərinə görə, qapıçı qızlığa götürdüyü uşağın psixikasına görə ondan alınacağındn qorxurmuş. Enke və Tereza bioloji qızlarını 2006-cı ildə ürək xəstəliyindən itirmişdi.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Borussiya"dan Ceydon Sanço qərarı
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
01:23 "Fənərbaxça"da itki
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
17:52 "Qarabağ" - "Linkoln"
14:57 PSJ Verrattini satır
18.07.2023
17.07.2023
16.07.2023
12:37 PSJ yeni futbolçu aldı
15.07.2023
18:02 "Yuventus"dan "Latsio"ya
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |