Lippert: "Onlar böyük addımlarla əsas milliyə doğru gedirlər"
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Bernhard Lippert “Sumqayıt Şəhər”in rəsmi saytına müsahibə verib. Rəhbərlik etdiyi yığmanın son oyunlarını dəyərləndirən almaniyalı mütəxəssis Sumqayıt klubunun U-21 milli komandamızda olan futbolçularından da danışıb.
Stadium.az həmin müsahibəni diqqətinizə çatdırır:
- Əvvəlcə 21 yaşadək futbolçulardan ibarət milli komandanın Norveç və Belçika ilə keçirdiyi oyunları dəyərləndirərdiniz...
- Ümumilikdə komandanın oyunundan razı qaldım. Amma nəticələrdən narazıyam. Norveç və Belçika ilə oyunlarda komanda hücum futbolu nümayiş etdirdi. Hər iki qarşılaşmada futbolçularımız kifayət qədər əlverişli vəziyyətlərdən yararlana bilmədi. Araz Abdullayev, Tərlan Quliyev və Əli Gökdəmirin bu oyunlarda iştirak edə bilməməsi də oyunumuza öz təsirini göstərirdi.
- “Sumqayıt Şəhər” klubunun 3 futbolçusu – Bədavi Hüseynov, Ruslan Tağızadə və Emin Mustafayev hər iki qarşılaşmanı əvəzolunmadan keçirdi. Zədəsini yenicə sağaltmış hücumçumuz Ruslan Qurbanov isə bu oyunlarda meydana sonradan daxil oldu. Futbolçularımızın çıxışı barədə nə deyə bilərsiniz?
- Adətən oyunçular haqqında ayrı-ayrılıqda fikir söyləməyi xoşlamıram. Futbol komanda oyunudur. Hər hansı bir futbolçunu xüsusi ilə qeyd edə bilmərəm. Ümumilikdə Bədavi Hüseynov, Ruslan Tağızadə və Emin Mustafayevin oyunundan razı qaldım. Hər üç futbolçu böyük addımlarla A milli komandaya doğru addımlayırlar. Onlar “Sumqayıt Şəhər”in heyətində Premyer Liqanın bütün oyunlarında iştirak etdiyi üçün böyük təcrübə toplayıblar. Ruslan Qurbanova gəldikdə, adıçəkilən forvard ciddi zədədən yenicə qurtulub. Bu səbəbdən onun 2-3 həftə zamana ehtiyacı var. Ruslan oyunlara hələ 50 faiz hazırdır. “Sumqayıt Şəhər”in digər bir futbolçusu Orxan Həsənov da U-21-in əsas üzvüdür. Onun yoxluğu da bizim üçün itkidir.
- Sizi “Sumqayıt Şəhər”in oyunlarında tez-tez görürük. Bu nə ilə əlaqədadrdır?
- Aşağı yaş qrupları üzrə milli komandaların bir çox futbolçusu “Sumqayıt Şəhər”də çıxış edir. Bir az əvvəl də qeyd etdiyim kimi U-21-in bir neçə üzvü məhz bu komandada oynayır. Bu səbəbdən cari mövsümdə “Sumqayıt Şəhər”in bir neçə oyununu stadionda izləmişəm. Mən təkcə “Sumqayıt Şəhər”in deyil, “Neftçi”, “İnter”, “Bakı”, “Qarabağ” kimi komandaların oyunlarını izləmək üçün stadionlara gedirəm. Əsasən heyətində aşağı yaş qrupunda çıxış edən futbolçuları olan komandaların oyunlarında da məni tez-tez görə bilərsiz. Bununla millidə olan futbolçuların nəyə qadir olduqlarını əyani şəkildə izləyirəm.
- Ümumiyyətlə, “Sumqayıt Şəhər” komandası barədə hansı fikirdəsiniz?
- “Sumqayıt Şəhər” Unibank Premyer Liqasının ilk turlarında bəzi problemlərlə üz-üzə idi. Futbolçuların təcrübəsizlikdən əziyyət çəkdikləri aşkar hiss olunurdu. Lakin turlar ötdükcə komandanın oyununda irəliləyiş müşahidə edilir. “Sumqayıt Şəhər”də gənc futbolçuların çıxış etməsi sevindiricidir və gənclərə Premyer Liqa təcrübəsi aşılamaq çox yaxşı haldır. Ümumiyyətlə isə, U-16, U-17, U-19, U-21 komandalarının üzvlərinin Premyer Liqa klublarında mütəmadi oynamalarının tərəfdarıyam.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |