Ceyhun Sultanov millidən dəvət gözləyir - MÜSAHİBƏ
Berti Foqts Premyer Liqaya biganədi. Almaniyalı milliyə layiqli namizədləri diqqətə almır, ümumi siyahıdan kənara çıxmır. Cari mövsüm «Kəpəz»in ən yaxşılarından olan Ceyhun Sultanov «unudulub». Qol vurmağı yadırğayan, ümumiyyətlə, başıpozuq oyun nümayiş etdirən millidə «Ceka» kimi pleymekerə ehtiyac artıb. Bunu görən əksər mütəxəssislər Foqtsa məsləhət görür ki, Sultanovu düşərgəyə qaytarsın. O da bu formanı geyinməyə hazırdı. - Milliyə getmək istəməyən futbolçu tanımıram. Mən də onlardan biriyəm. Çağırsalar, gedərəm. Niyə də getməyim? Orda olanlar məndən güclü deyillər. Ancaq mənim istəyimlə heç nə olmur. Foqts istəsin gərək. Onun fikri olsa, mən hazır.
- Almaniyalı baş məşqçinin səni yaşının çoxluğuna görə çağırmadığını deyənlər də var.
- Məndən də yaşlı futbolçular millidə oynayıb. Çağırsınlar, mən də özümü göstərim. Lap 40 yaşımda da çağırsalar, gedib oynayaram. Bu, yaşla olan iş deyil.
- Son matçlara dəvət alsaydın, nə edə bilərdin?
- Oyundan-oyuna fərq var. Baş məşqçinin taktikanı necə qurmasından çox şey asılıdır. Mən hücumameyilli yarımmüdafiəçiyəm. Komanda irəli çıxmağı bacarmalıdı ki, mənim də oyunum alınsın. İndi milli qapalı futbol oynayır. Üstünlüyü verir müdafiəyə. Qol vurmaq barədə çox fikirləşmirik. Arada düşür, əks hücum edirik. Olmursa, qol vurmağı yaddan çıxarırıq. Mənim üçün belə taktikayla oynamaq çətin olar. Çünki arxaya gedib top alandan sonra irəlidə hücumçu görməsəm, heç nə edə bilmərəm.
- Amma Foqts komandanı yalnız bu cür oynamağa vadar edir.
- O, məşqçidi, necə məsləhət bilirsə, elə də edir. Əgər mütəxəssislər məni millidə görürsə, özümü sınayaram. Oyunuma qiymət verənlər sağ olsun. Demirəm ki, dəvət etsələr, «fontan» edəcəm. Boyumdan yuxarı tullana bilmərəm, qoy, yalan danışmayım. Nəyi bacaracam, onu da görəcəksiz.
- Komandada oyun qurucusu yoxdur. Bu problemi başqa nə cür həll etmək olar?
- Meydanın mərkəzini müdafiəçilərə tapşırandan sonra əlbəttə ki, oyun qura bilməyəcəksən. Ortada top saxlayan yoxdur komandada. Taktika dəyişsə, oyun da düzələr. Yaş söhbət deyil. Mənim gücüm çatırsa, niyə oynamayım? Elə futbolçuları çağırırlar ki, klublarında oynamır. Mən isə «Kəpəz»də həmişə meydana əsas heyətdə çıxıram. Avropa təcrübəm var. Belçika, Portuqaliya və Serbiya kimi komandalara qarşı oynamışam. Milli ona görə nəticə qazanmır ki, hücumçuları vaxtında topla təmin edən yoxdur.
- Premyer Liqada avqustun ən yaxşı futbolçusu seçildin. Bu da Foqtsun diqqətini sənə tərəf çekmədi. Gözləyirsən ki, heç olmasa, qarşıdakı yoxlama görüşlərində səni nəzərdən keçirəcək?
- Bilmirəm. Çağırsa da, çağırmasa da mən hazıram.
- Əvvəl də yığmanın şərəfini qorumusan. Şahin Diniyevin yaratdığı komandanı indiki ilə müqayisə etmək istəmirsən?
- O vaxtdan az keçməyib. Diniyev olanda, millidə hücum futbolu oynayırdıq. Rəqibdən asılı olmayaraq, açıq futbol göstərirdik. Heç kimdən çəkinmirdik. Ona görə Şahin müəllimin vaxtında milli yaxşı təsir bağışlayırdı. Həmin komandanı indiki ilə müqayisə etmək istəmirəm. Burda baş məşqçinin kim olması ciddi fərq eləmir. Millinin lap yaxşı çıxış etməsini istəsək də, bu, indi mümkün deyil. O futbolçuların hamısı, demək olar, eyni səviyyədədi. Onların «qab»ında nə varsa, göstərməyə çalışırlar. Tələb et ki, çıxın final mərhələsinə, yenə heç nə olmayacaq. Lap hərəsinə 1-2 milyon dollar ver, çıxart meydançaya. «Aşağı»dan gənclər gəlməsə, bir neçə il vaxt verilməsə, uğur qazanılmayacaq.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |